Bakıda universitet müəlliməsini qobulular zorladı

img

23-03-2013 [06:17]


Martın 22-də Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı Filialının Rusiya Federasiyasından olan xanım müəlliməsi Binəqədi rayon Sulutəpə yaşayış massivində zorlanmaya və qeyri-insani davranışa məruz qalıb. "Bizimyolinfo.com?a daxil olan məlumata görə, adı açıqlamayan gənc və yaraşıqlı müəllimə Sulutəpə ərazisində yerləşən Universitetdən yuxarıdakı dağa gəzməyə çıxıb. Bu zaman ona Abşeron rayon Qobu kəndinin bir neçə sakini hücum edib. Xanım müəllimə dəfələrlə zorlanıb və şiddətli işgəncəyə məruz qalıb. Hazırda polis Universitet ərazisini mühasirəyə alıb. Hadisənin detalları barədə məlumat verilmir. Amma zorakılıq edənlərin aşkarlanaraq həbs edildiyi bildirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA