Bakıda hərbçilərlə mülki zəxslər arasında kütləvi dava: xeylı yaralı var

img

25-02-2013 [02:02]


Bakının Binəqədi rayonu ərazisində hərbçilərlə mülki şəxslər arasında kütləvi dava düşüb. Rayon Polis İdarəsindən Milli.az-a verilən məlumata görə, Çiçək qəsəbəsində, Hökməli dairəsi adlanan ərazidə baş verən davada mülki şəxslərlə ?N? saylı hərbi hissənin müddətdən artıq xidmət edən hərbi quluqçuları dava ediblər. Dava zamanı hərbçilər Abşeron sakinləri olan 37 yaşlı Abdulrza Məmmədov və 17 yaşlı Əbdülrəhman Eyvazovu bıçaqlayıblar. Dava zamanı bir neçə hərbi qulluqçu isə ağır xəsarətlə hərbi hospitala yerləşdirilib. Yaralıların vəziyyəti ağır olduğundan onları dindirmək mümkün olmayıb. Bu səbəbdən davanın motivi də qaranlıq qalıb. Hazırda araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA