Azərbaycandakı həbsxana haqda zok məlumat: "...4 yerdə narkotik maddə satılır"

img

24-02-2013 [06:33]


Son vaxtlar bir sıra qəzet və saytlarda Ədliyyə Nazirliyi Penitensiar Xidməti (PX) və bu qurumun rəhbəri Mədət Quliyev barəsində silsilə tənqidi məqalələr yazılır. Bu yazılarda Penitensiar Xidmət müxtəlif rakurslardan ciddi tənqid olunur. Əsasən də son dövrlər Mədət Quliyevin apardığı kadr siyasəti pislənilir, hətta onun cinayət aləmilə müəyyən əlaqələrinin olması haqda sensasiyalı iddialar da səsləndirilir. Penitensiar Xidmətdə ciddi çatışmazlıqların olması danılmazdı. Bunu inkar etmək mümkün deyil. Amma bu faktdır ki, 2011-ci ilin fevral ayında Mədət Quliyev Penitensiar Xidmətə rəis təyin olunduqdan sonra, bu sistemdə çox ciddi islahatlar başlayıb və Azərbaycan həbsxanalarında vəziyyət müsbətə doğru dəyişməkdədir. Bunu əksər hüquq müdafiəçiləri, mətbuat, məhbus yaxınları etiraf edirlər. Bununla belə, bir daha qeyd edirik ki, ciddi problemlər hələ də qalmaqdadır və bunu bu yazıda konkret faktlarla da göstərəcəyik. Hələlik qayıdırıq Mədət Quliyevin cinayətkar aləmlə bağlılığı haqda iddialara. Fikrimizcə, bu iddialar ciddi deyil. Ən azı ona görə ki, Mədət Quliyev bu gün daşıdığı ?Milli Qəhrəman? adına məhz cinayətkar aləmə qarşı apardığı sərt mübarizəyə görə layiq görülüb. Vaxtilə onun əməliyyat zamanı müqavimət göstərən bir neçə tanınmış kriminal avtoriteti şəxsən güllələməsi Azərbaycanda cinayət aləminə vurulan ən böyük zərbələrdən sayılır. Bu səbəbdən də Mədət Quliyev cinayət aləmi üçün tamamilə arzuolumaz şəxs kimi xarakterizə edilir. Yəni Penitensiar Xidmətin şefi heç istəsə də kriminal aləmlə yaxınlıq qura bilməz. Müşahidələr və konkret məlumatlar deməyə əsas verir ki, Mədət Quliyevin apardığı kadr islahatı da, əsasən təqdirəlayiqdir. Penitensiar Xidmətdəki məlumatlı mənbə də təsdiq edir ki, Mədət Quliyev işinin öhdəsindən gələ bilməyən, cəzaçəkmə müəsissələrində nizam-intizamı təmin edə bilməyən kadrlara qarşı güzəştsiz mövqedədir: ?General kadr təyinatına çox ciddi yanaşır. Penitensiar Xidmətdə kadrların seçilməsində rüşvət amilinin rol oynadığını iddia etmək vicdansızlıqdır. Mədət müəllim Prezidentin etimadını doğrultmaq üçün əlindən gələni edir. İşdən çıxarılanlar əsasən o rəislərdir ki, narkotik alverinə göz yumur, rəhbərlik etdikləri ?zon?larda ?obşaq? qurumunun olmasında, qumar oyunlarının təşkilində maraqlıdırlar. Çünki uzun illərdir bu qara işlərdən külli miqdarda vəsait əldə edən bəzi rəislər, bütün xəbərdarlıqlara baxmayaraq ondan imtina edə bilmirlər. Mədət müəllim maraqlıdır ki, kifayət qədər təcrübə toplamış, işini bilən belə kadrlar vəzifələrində qalsınlar. Amma görəndə ki, onları köhnə vərdişlərdən çəkindirmək olmur, məcbur qalaraq işdən çıxarır.? Mənbə işdən çıxarılan keçmiş rəislərdən biri ilə bağlı maraqlı bir məlumatı da bizimlə paylaşdı: ?Hətta iş o yerə çatdı ki, Mədət Quliyev 1 saylı ?zon?un keçmiş rəisi Qəhrəman Qurbanovu qara işlərdən uzaq saxlamaq üçün maaşından əlavə ona zərfdə pul da yollamağa başladı. Ancaq bunun da xeyri olmadı, Qəhrəman Qurbanov həm bu pulu götürdu, həm də həbsxanada ?obşakı?, narkotik alverini, qumarı saxladı. Bütün bunlardan sonra, Mədət Quliyev onu işdən azad edib, yerinə nümunəvi sayılan 11 saylı ?zon?un rəisi Fikrət Qafarovu göndərdi?. Qeyd edək ki, 1 saylı CM Azərbaycan həbsxanaları içərisində hər vaxt ?qara zon? sayılıb. Yəni oğru qanunları ilə idarə edilib. Hətta Mədət Quliyevin təyinatından sonra da xeyli vaxt burda dövlətin qanunlarını tətbiq etmək mümkün olmayıb. Belə olduqda Mədət Quliyev həbsxana rəisləri arasında kriminal aləmə qarşı barışmaz mövqeyilə seçilən 11 saylı CM-nin rəisi Fikrət Qafarovu 1 saylı ?zon?a göndərib. Mənbə deyir ki, F.Qafarov demək olar ki, inanılmazı edib və təxminən 40 ildir oğru qanunları ilə idarə olunan 1 saylı ?zon?da qayda-qanun yaradıb. ?Hazırda ?zon?da oğru qanunlarından əsər-əlamət belə qalmayıb. Narkotik satışı, qumar, ?obşaq? ləğv olunub. ?Zon?un Ruslan adlı ?obşaqı? başqa yerə köçürülüb.? Amma belə görünür ki, 1 saylı ?zon?da qayda-qanun yaratmaq cəhdləri əvvəllər nümunəvi sayılan başqa bir həbsxananın - bir qədər əvvələdək elə Fikrət Qafarovun rəisi olduğu 11 saylı Cəzaçəkmə Müəssisəsinin ?qara zon?a çevrilməsi bahasına başa gəlib. Hər halda, bu yaxınlarda həmin Cəzaçəkmə Müəssisəsindən azadlığa çıxmış keçmiş məhkumun ?Azpolitika.info?ya dediklərindən belə nəticəyə gəlmək olur. Təclükəsizliyinə görə adını açıqlamadığımız keçmiş məhkum bildirir ki, hazırda 11 saylı ?zon?da vəziyyət olduqca acınacaqlıdır: ?Heç kim təzə rəisin adını bilmir. Hamı onu ?R.Bayramov? kimi tanıyır. Aylarla ?razvod?un qarşısına çıxmır. O, gələndən sonra, məhkumlara verilən yeməyin keyfiyəti tamamilə aşağı düşüb. ?Zon?da bir neçə yerdə pullu yeməkxana və dönər satılan yer fəaliyyətə başlayıb. Bizə verilməsi nəzərdə tutlan ətdən Alik adlı məhkum dönər bişirtdirib məhkumlara pulla satır. Yığılan pulların hamısı rəsin cibinə gedir. ?Zon?da narkotik, telefon, qumar əlindən tərpənmək olmur. Düz 4 yerdə narkotik satılır, özü də açıq-aşkar formada. Əvvəlki rəisin vaxtında belə deyildi. Hətta yatmaq üçün nəzərdə tutulan yerlər də məhkumlara pulla satılır. Heç bir əməliyyat işi aparılmadan məhkumlar elə ?zona? daxil olduqları gün verdikləri pulun müqabilində müəssisəyə buraxılır. Bir faktı deyim ki, ?Qobustan? həbsxanasından gələn 3 nəfər dindarın hər birindən 700 manat alıb ?zon?a buraxdılar (Məhkumların adı da bizə məlumdur-R.Ə). Artıq bütün narkotik istifadəçiləri istintaq təcridxanasınadan 11 saylı ?zon?a gəlməyə can atır?. Keçmiş məhkum bizə 11 saylı ?zon?da baş verən başqa tükürpədici qanunsuzluqlar barədə də ciddi məlumatlar verib. Araşdırmalardan sonra onları da təqdim edəcəyik. Penitensiar Xidmətə yaxın olan mənbənin dediyinə görə, 11 saylı müəssisəyə rəis təyinatı heç Mədət Quliyevin də ürəyincə olmayıb və generalın hazırda ən böyük narahatçılığı da məhz bu ?zon?la bağlıdır. Əslən Cəlilabaddan olan R.Bayramovun rəis vəzifəsinə təyinatının respublikada çox hörmətli bir adamın təkidi ilə baş tutduğu bildirilir. Penitensiar Xidmətin sözçüsü Mehman Sadıqov ?Azpolitika.info?nun əməkdaşına deyib ki, cəzaçəkmə müəssisələrində yeməyin keyfiyyəti ilə bağlı şikayətlər əsaslı ola bilməz. Çünki həftədə iki dəfə müvafiq qurumlar bütün cəzaçəkmə müəssisələrində yeməyin keyfiyyəti ilə bağlı yoxlamalar aparırlar. ?O ki qaldı həbsxanalarda narkotik satışına, bu məlumat cəfəngiyyatdır?. Bununla belə, Xidmət sözçüsü keçmiş məhkumun onlara rəsmi şikayət etməsini tövsiyyə edib: ?Sizi əmin edirəm ki, şikayət olarsa çox ciddi şəkildə araşdırılacaq.? Azpolitika.info#601;kd#305;nlarda h

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA