Azərbaycanda hərbi vertolyot qəzaya uğradı (YENiLƏNiB)

img

11-02-2013 [12:35]


Qəzaya uğramış helikopterin mülki olması barədə məlumat Azərbaycanda fəaliyyət göstərən mülki helikopterlərin istismarçılarından (ARDNŞ, SW Helicopter Services) heç biri tərəfindən təsdiqlənməyib. BP şirkəti ümumiyyətlə personalın daşınması üçün helikopterlərdən istifadə etmir, onlar platformalara gəmilər vasitəsilə çatdırılırlar. Bakı şəhəri Təcili və Təxirəslınmaz Tibbi Yardım Stansiyasından Trend-ə verilən məlumata görə, hadisə yerinə 4 təcili yardım maşını gedib. Dövlət Sərhəd Xidmətinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, qəzaya uğrayan hərbi vertolyotun bu quruma aidiyyatı yoxdur. ***11.45 Bakıda hərbi helikopter dənizə düşüb. Bu barədə Trend-ə hərbi mənbələrdən məlumat verilib. Məlumata görə, helikopter Şıxov tərəfdə dənizə düşüb. Hazırda FHN-nin xilasediciləri hadisə yerindədir. Hadisə nəticəsində ölən və xəsarət alanlar barədə məlumat verilmir. Qaradağ rayon Polis İdarəsindən Trend-ə hərbi helikopterin qəzaya uğraması faktını təsdiqləyiblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA