15 saylı həbsxanada daha bir məhbus öldü; Şübhəli ölümün səbəbi açıqlanmır

img

21-02-2013 [11:05]


Bakının Nizami rayonu ərazisində yerləşən cəzaçəkmə müəssisəsində ölüm olub. Rayon Prokurorluğundan verilən məlumata görə, Penitensiar Xidmətin 15 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən 1948-ci il təvəllüdlü Sədulla Əhməd oğlu Qafarov ölüb. O, cəzaçəkmə müəssisəsinin tibb hissəsində dünyasını dəyişib. S.Qafarov 2009-cu ildə Cinayət Məcəlləsinin qəsdən adam öldürməyə cəhd maddəsi ilə təqsirli bilinərək Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə 9 il müddətinə azadlıqdan məhrum edilib. Onun ölümün səbəbi hələki rəsmi açıqlanmayıb(ans).

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA