35 yazlı gəlin çat vasitəsilə özünü Samirə 20 yazlı gənc qız kimi təqdim etdi, sonu faciə ilə bitdi

img

09-02-2013 [05:19]


Dünən redaksiyamıza oğul naləsi ilə yazılan ananın məktubu daxil olub. Biz də bu məktubun izi ilə Sumqayıt şəhərinə yollandıq. Bu məktub, amansızcasına öldürülən 20 yaşlı gənc oğlan Məmmədov Samirin anasının məktubudur. Bir ana ki, öz əli ilə oğlunu görüşə göndərsin, lakin bir neçə saatdan sonra onun cəsədini qəbul etsin. Ana ürəyi bu dəhşətə necə dözməlidir, ata neynəsin ki, gənc oğlunu öz əli ilə bivaxt torpağa tapşırıb. Bu amansıcasına olan qətlin təfərrüatlarını əziz oxucularımıza həm yazı şəklində, həm də video ilə çatdırırıq. Ay camaat, baxın görün, necə insanlar yaşayır bu həyatda, necə onların əlləri qalxır bir gəncin həyatına son qoymağa. Məktubun mətni: ?Yanvarın 10-da Sumqayıt şəhər sakini oğlum Samir Məmmədov amansızcasına 8 bıçaq zərbəsi ilə öldürülüb. Bu işi 3 nəfər törədib, səhəri 3-də həbs edildi, sonra nədənsə ikisi buraxıldı. Biri həbsdədir, ozünü müdafiə etmək üçün deyir ki, bacıma mesaj yazıb, ona görə öldürmüşəm. Samir 3 aydı əsgərlikdən gəlmışdi. Sakit, utancaq, tərbiyəli usaq idi. Öldürənin bacısı çatda bununla tanış olub, telefon nömrəsini verib. Demə, o, 35 yasinda ərli-uşaqlı qadın imiş. Özünü 20 yaşlı qız kimi təqdim edib. Əri mesajı tutub, arvadınin qardaşlarına zəng edib, gəlin, bacınızı aparın. Qardaşı da bacısının telefonunu götürüb, bacısının adından hadisə günü Samirə mesajlar yazaraq görüşə çağırıb. Samir elə bilib, mesajları qız yazır. Qız bildiyinə yazıb ki, adım Samir, Sumqayıtda yasayıram, sadə həyat tərzi keçirirəm, maşınım yox, gəlirli işim yox. Bunlar sənə problem yaradacaqsa, nə qədər gec deyil, görüşməyək. Qız (yəni qardaşı) yazıb ki, yox, mənə sənin saf sevgin lazımdır. Bu da aldanıb, mənə dedi ki, ağıllı qız tapmışam deyəsən. Hadisə günü axşam evdən saçını düzəltdirmək adı ilə çıxıb, bəzənib-düzənib görüşə gedib, görüş yerində isə qız yerinə 3 cəllad onu gözləyirmiş. 2 oğlum vardı, bu əsgərlikdən gəldi. Balaca qardaşı Ramil 10 gün idi, əsgər getmişdir ki, Samiri öldürdülər. Biri torpaqda yatır, digəri isə sərhəddə düşmənlə üz-üzədir. Buna ana ürəyi necə dözsün, bilmir, ölənin dərdini çəksin, yoxsa əsgər gedənin itirmək qorxusu ilə yaşasın? Əziz oxucular, indi isə Samirin anasının hörmətli Prezidentimizə göndərdiyi məktubu sizlərin nəzərinizə çatdırıram. ?Hörmətli Prezident! Mən artıq həyatımdan bezmiş bir insan kimi sizə müraciət edirəm. 10 yanvar 2013-cü ildə gecə saatlarında 3 ay öncə Milli Ordudan qayıdan 20 yaşlı oğlum Məmmədov Samir Qurban oğlu üç nəfər şəxs tərəfindən döyülərək, 8 bıçaq zərbəsi nəticəsində qətlə yetirilib. Sumqayıt şəhər Prokurorluğunda AR CM-in 120.1 maddəsi (qəsdən adamöldürmə) ilə iş açılıb. İstintaqı Feyzulla adlı müstəntiq aparır. Cinayəti törətmiş 3 nəfər əvvəlcə saxlanıb, sonra isə 2-si azad edilib. Oğlum Samir Məmmədov fiziki cəhətdən sağlam, qüvvətli idi. Hərbi xidmətdə nizam-intizamlı olduğuna görə təşəkkürnamə almışdı. Cinayət elə törədilib ki, onu bir nəfər edə bilməzdi. Şahidlərin dediklərinə görə cinayət 3-4 dəqiqə ərzində olub. Bir zəif insan 3-4 dəqiqə ərzində döyüb, 8 bıçaq zərbəsi vurmağı ağlasığmazdır. İstintaq orqanı yalnız bir nəfəri saxlayıb. ?Xəzər TV?-də bu hadisə ilə bağlı xəbər gedəndə yenidən oğlumun ruhunu təhqir ediblər. ?Ailəli qadına SMS yazan telefon manyakı oğlan öldürüldü? - deməklə isə bizə ikinci zərbə vurublar Sözügedən ailəli qadının 35 yaşı, uşağı var, amma mesajlarında 20 yaşlı subay qız olduğunu yazıb, hadisə günü oğlumu görüşə çağırıb. Orda isə əri və iki qardaşı olub. Bütün faktlar mesajlardadır. Oğluma tələ quraraq, qız adı ilə yazan şəxsləri prokurorluq ört-basdır edir, əsl həqiqəti məhv edərək, iki nəfəri məsuliyyətdən kənarlaşdırıblar. Qatili isə az qala zəruri müdafiə çərçivəsində baş verən hərəkətlər kimi qələmə verirlər. Beləliklə də, prokurorluq oğlumun qanının batırılmasına əlindən gələni edir. Televiziyada və qəzetlərdə verilən məlumatlar istintaq orqanları tərəfindən məqsədyönlü şəkildə verilir ki, oğlumun təqsirliliyi barəsində fikir formallaşsın. Cənab Prezident, Sizdən bir ana kimi xahiş edirəm ki, bu işə təcili müdaxilə edəsiniz və Sumqayıt şəhər prokurorluğunun əməkdaşlarının insan həyatı alverini təcili dayandırasınız. Səlahiyyətlərinizdən istifadə edərək iş üzrə tam obyektiv istintaq aparılması barədə göstəriş vermənizi, cinayətdə əli olan digər şəxslərin də həbs edilib cəza almalarına göstəriş verəsiniz. Hörmətlə, Səadət Məmmədova? Məktubları təqdim etdi: İradə NAZİMQIZI

Digər xəbərlər
SON XƏBƏRLƏR