Ədliyyə izçisi Penitensiar Xidmətin Baz idarəsinin qarzısında özünü yandırmaq istədi

img

07-02-2013 [01:03]


Fevralın 6-da Bakı şəhərinin Nəsimi rayonu ərazisində insident baş verib. Hüquq-mühafizə orqanlarından Lent.az-a daxil olan məlumata görə, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 17 saylı Cəzaçəkmə Müəssisəsinin yeməkxana rəisi Nəsirov Yaşar Rza oğlu özünü yandırıb. O, dünən əlində iki plastik qabda ümumilikdə 10 litr benzinlə Penitensiar Xidmətin Baş İdarəsinin qarşısına gəlib. Burada Y.Nəsirov benzini üstünə töküb və alışqanla özünə od vurarkən polis əməkdaşları onun üzərinə atılıb. Polislər yeməkxana rəisinin intihar etməsinin qarşısını alıb. Y.Nəsirov nisbətən yüngül xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Hazırda onun hansı səbəbdən intihara cəhd göstərməsi araşdırılır. Lent.az-ın əldə etdiyi məlumata görə, Y.Nəsirovun səhhətində problemlər var, o, əsəb xəstəliyindən müalicə olunur.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA