Bakıda kriminal avtoritet tutuldu; Şərurlu Bəhruzun mazınından 3 tapança götürülüb

img

08-02-2013 [12:29]


Bakının Xətai rayonunda kriminal aləmə yaxın şəxs tutulub. Rayon Polis İdarəsindən milli.az-a verilən məlumata görə, həmin şəxs 33 yaşlı, Şərur sakini Bəhruz Şükürovdur. Onun idarə etdiyi "Porsche? markalı 10 -- 600 dövlət nömrə nişanlı avtomobildən 3 ədəd tapança aşkarlanıb. B.Şükürovun idmançı olduğu bildirilir. Verilən məlumata görə, B.Şükürov kriminal aləmdə nüfuza sahibdir. Onun tanınmış "qanuni oğru" ilə yaxın əlaqələri var. Həmin şəxsin adını istintaq sirri olduğundan açıqlamırıq. Faktla bağlı Cinayət Məcəlləsinin qanunsuz odlu silah saxlama maddəsi ilə cinayət işi başlanıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA