Sankt-Peterburqda azərbaycanlıların iztirakı ilə kütləvi dava: yaralılar var

img

20-02-2013 [10:19]


Ötən gün saat 19.30 radələrində Rusiyanın Sankt-Peterburq şəhərindəki Dimitrov küçəsində kafelərin birində azərbaycanlıların iştirakı ilə kütləvi dava olub. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, polis davada iştirak edən 15 nəfəri tutub. Davada 4 nəfər ağır yaralanaraq xəstəxanaya yerləşdirilib. Polis hadisə yerindən bıçaq, tapança, taxta parçası, beysbol ağacı, ov tüfəngi və soyuq silahlar tapıb. Araşdırmalar zamanı insidentin milli zəmində olmadığı müəyyən olub. Qeyd edək ki, polis ərazini nəzarətə götürüb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA