Azərbaycanda 3 nəfər dəm qazından zəhərlənərək öldü

img

15-01-2013 [12:48]


Ötən gün Azərbaycanda 3 nəfər dəm qazından zəhərlənərək ölüb, bir neçə nəfər isə dərmandan, pomidor turşusu və dəm qazından zəhərlənərək xəstəxanaya aparılıb. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, yanvarın 14-də Cəlilabad rayonunun Alar kənd sakini Pərvanə Həbibova, Sumqayıt şəhər sakini Rəna Alışova və Qaradağ rayonunun Lökbatan qəsəbəsində yaşayan Şəmsi Qafarov evində dəm qazından zəhərlənərək ölüb. Həmçinin bildirilib ki, yanvarın 14-də Sumqayıt şəhər sakinləri Gülçöhrə Məmmədova, onun oğlu Süleyman və qızı Səmayə, Günel Abdullayeva, Elşad İsayev, Xırdalan şəhər sakini Nərmin İsgəndərova və Mingəçevir şəhər sakini Vüsal Novruzov evlərindən pomidor turşusundan, dərmandan və dəm qazından zəhərlənmə ilə xəstəxanalara gətiriliblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA