Zakir Qaralova qarzı məhkəmə bitdi

img

25-12-2012 [11:33]


Azərbaycanın baş prokuroru Zakir Qaralovla Dövlət Neft Akademiyasında terror törətməkdə ittiham olunmuş Fərda Qədirovun qohumu olmaqda suçlanaraq vəzifəsini itirmiş sabiq prokuror Tofiq Ağacanov arasında Bakı Apellyasiya Məhkəməsində davam edən proses yekunlaşıb. Bu barədə daxil olan məlumatda bildirilir ki, sabiq prokurorun Zakir Qaralovun barəsində imzaladığı əmri ləğv etdirmək üçün birinci məhkəmə instansiyasının qərarından verdiyi apellyasiya şikayətinə ötən həftə baxılıb: ?Bakı Apellyasiya Məhkəməsinin hakimi Sərvət Hüseynov Abşeron rayon prokurorunun sabiq böyük köməkçisi Tofiq Ağacanovun şikayəti üzrə dekabrın 14-də qərarını elan edib. Hakim birinci məhkəmə instansiya?ının qərarını qüvvədə saxlamaqla, Zakir Qaralovu haqlı sayıb?. Xatırladaq ki, Zakir Qaralovun məhkəməyə verilməsi onun 01 iyun 2009-cu il tarixli əmri ilə bağlı olub. Tofiq Ağacanov işdən azad olunmasını əks etdirən bu əmrin ləğv edilməsi və məhkəmə gününə qədər ötən dövr üçün əmək haqqının hesablanaraq ödənilməsini tələb edirdi. Lakin işə baxan birinci instansiya məhkəməsi - 2 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsi də onun iddia tələblərini təmin etməmişdi. Sonda onu da qeyd edək ki, Tofiq Ağacanov Dövlət Neft Akademiyasında terror törətməkdə ittiham edilmiş Fərda Qədirovun cinayət işi üzrə 1 iyun 2009-cu il tarixində vəzifəsindən azad edilib. Baş prokuror Zakir Qaralov onu Fərda Qədirovla qohum olmaqda və bu iş üzrə istintaqa kömək etməməkdə ittiham edərək, prokurorluq orqanlarından xaric edən əmri imzalayıb(Reytinq? qəzeti).

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA