Salyana gedən mavi qaz yolda "oğurlayırlar"

img

09-01-2013 [11:21]


Salyan rayonun Qaraçala qəsəbəsinin sakinləri üçün nəzərdə tutulan mavi qaz yanacağı qanunsuz şəkildə hektarlarla ərazisi olan istixanalara ötürülür. Sakinlərin sözlərinə görə, Salyan rayonunun Qaraçala qəsəbəsində yerləşən və Sovet İttifaqı dövründən qalmış hərbi hava limanının ərazisi ayrı-ayrı biznesmenlər və dövlət məmurları tərəfindən zəbt olunub. Həmin ərazinin yaxınlığından "Astara-Qazıməmməd? magistral qaz kəməri keçir. Sakinlər deyir ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olan bir neçə şəxslər Qaraçala ərazisində özlərinin istixana bizneslərinə ötürülən milyon kub-metrlərlə təbii qazın pulunu dövlətin hesabına ödəmək əvəzinə, Salyan rayon İcra Hakimiyyətinin və ?Azəriqaz? İstehsalat Birliyinin məsul nümayəndələrinə haqq kimi verirlər. Hazırda ?Salyan OİL? neft şirkətinin sabiq müdiri, Yolüstü kəndindəki ?Azəri? şadlıq sarayının rəhbəri Məmməd Hüseynov, Daxili İşlər Nazirliyinin (DİN) Salyan rayon Pasport-Qeydiyyat şöbəsinin rəisi Cavanşir Hüseynov, Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) İctimai Birliyinin sədri İlham İsmayılov, ?Şirvan OİL? neft şirkətinin məsul nümayəndəsi Fəxrəddin İsmayılov, Qaraçala qəsəbəsinin icra nümayəndəsi Ədalət, Qarabağlı kənd məscidin axundu Hacı Hüsnü, Azərbaycan Hava Yolları Dövlət Konserninin (AZAL) sabiq əməkdaşı Musa Musayev (İbişov), sahibkar Vaqif Bürcəliyev və digər şəxslər Qaraçaladakı köhnə hərbi hava limanının ərazisində istixana biznesi ilə məşğul olurlar. Bunun nəticəsində isə Qaraçala qəsəbəsinin sakinləri mavi yanacaq üzünə həsrət qalıblar. Sakinlər bu məsələ ilə əlaqədar dəfələrlə Salyan rayon İcra Hakimiyyətinə şikayət etsələr də, problem həllini tapmayıb. Əksinə həmin ərazidə istixanaların sayı və ərazisi ildən-ilə daha da artırılır. Sakinlər yaxın günlərdə onlara mavi yanacaq verilmədiyi təqdirdə dövlət başçısına şikayət edəcəklərini bəyan edirlər. Sakinlər bildirirlər ki, istixanalara mavi yanacaq "Astara-Qazıməmməd? magistral qaz kəmərinin 178-ci kilometrliyindəki Təzəkənd Qazpaylayıcı Stansiyasından ayrılır. Bunun əvəzində isə onlara pul ödənilir. Sakinlərin sözlərinə görə, sahibkarlar istixanalarına mavi yanacağın verilməsi üçün bu işlə məşğul olan şəxslərə hər ilin qış mövsümündə 1 istixana üçün ildə təqribən 5-10 min manat pul ödəyirlər. Lakin sakinlərin qışı soyuqda necə keçirəcəyi nəzərə alınmır.

Digər xəbərlər
SON XƏBƏRLƏR
10:43 03.04.2026

Qurban Qurbanov küsüb?

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA