Bakıda arvad ərini bıçaqlayaraq qətlə yetirib

img

30-12-2012 [11:46]


Bakıda arvad ərini bıçaqlayaraq qətlə yetirib. Xəzər rayon Prokurorluğundan verilən məlumata görə, hadisə ötən gecə saat 22:30 radələrində rayonun Türkan qəsəbəsinin yeni yaşayış sahəsində baş verib. Beləki, həmin sahədə yaşayan 1970-ci il təvəllüdlü Əliyeva Züleyxa Əli qızı ailə münaqişəsi zəmnində əri 1970-ci il təvəllüdlü Məmmədov Mütəllim Əliqulu oğlunu mətbəx bıçağı ilə bel nahiyəsindən bir dəfə vuraraq onu öldürüb. Faktla bağlı Cinayət Məcəlləsinin 120.1 maddəsi ilə cinayət işi başlanıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA