Avtobus azdı: ölən və yarlananlar var

img

17-01-2013 [12:26]


Bakı-Qazax yolunda bir nəfərin ölümü, 3 nəfərin ağır xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib. Hadisə bu gün səhər saat 9:00 radələrində Kürdəmir rayonu ərazisində qeydə alınıb. Bakı şəhərində yaşayan Ağdam sakini, 1955-ci il təvəllüdlü Səlimov İbrahim Dadaş oğlunun idarə etdiyi ?Ford Tranzit? markalı sərnişin mikroavtobusu yüksək sürətlə hərəkətdə olarkən qəflətən onun qarşısına digər avtomobil çıxıb. Sürücü qarşıdakı avtomobillə toqquşaraq qəza törətməmək üçün öz avtomobilini yolun kənarına çəkib və idarəetməni itirərək yoldan çıxaraq aşırıb. Hadisə nəticəsində sürücü İbrahim Səlimov, eləcə də Ağdam rayon sakinləri olan sərnişinləri-1956-cı il təvəllüdlü Zeynalova Rəhilə Ubuş qızı, 1954-cü il təvəllüdlü Süleymanova İlduzə Ənvər qızı və onun 8 yaşlı nəvəsi Quliyev Mahir Vaqif oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. M. Quliyev xəstəxanada dünyasını dəyişib./APA/ Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA