Bakıda toyda kütləvi dava: bəyin bazına butulka çırpdılar

img

13-12-2012 [02:53]


Bakı şəhərinin Nizami rayonu ərazisində keçirilən toy mərasimində dava düşüb. Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, 8-ci kilometr qəsəbəsində yerləşən ?Elşən? şadlıq evində keçirilən toy mərasimi zamanı qonaqlar arasında dava olub. Bu zaman adı hələlik dəqiqləşdirilməmiş şəxs aranı sakitləşdirmək istəyən bəyin başına butulka çırpıb. Bəy, 1978-ci il təvəllüdlü Hacıyev Elnur Ənvər oğlu ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Yüngül xəsarət almış şəxslər isə ambulator müalicəyə yazılıb. Faktla əlaqədar Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə iş başlanılıb. Araşdırmalar davam etdirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA