Naxçıvan MTN-i qalmaqalla bağlı zok açıqlama yaydı

img

10-12-2012 [01:31]


Naxçıvan Muxtar Respublikasının Milli Təhlükəsizlik Nazirliyi Turac Zeynalovun ölüm faktı ilə bağlı açıqlamalar verən İbrahim Musayevlə bağlı açıqlama yayıb. Açıqlamada İ.Musayevin iddialarının yalan olduğu bildirilib və onun özü ilə bağlı maraqlı faktlar açıqlanıb. Açıqlamanı olduğu kimi oxucularımıza təqdim edirik: ?Son günlər ?Azadlıq? qəzeti və ona istinadən bəzi KIV-də Naxçıvan Muxtar Respublikası Milli Təhlükəsizlik Nazirliyi (MTN) haqqında böhtan xarakterli, həqiqətəuyğun olmayan, ölkə ictimaiyyətini aldatmağa, siyasi dividentlər və maddi qazanc əldə etməyə hesablanmış məlumatlar yayılmaqdadır. Özlərini hüquq müdafiəçiləri kimi təqdim edən şəxslər guya hüquqlarını qorumağa ?and içdikləri? bir insanı çirkin, heç bir əxlaq normalarına sığmayan şantaj aksiyasının iştirakçısına çeviriblər. ?Azadlıq? qəzetinin yaydığı məlumatlarda göstərilir ki, guya Naxçıvan MR MTN-nin əməkdaşı İbrahim Musayev adlı şəxs təqib olunduğu üçün xarici ölkələrin birinə qaçıb və Milli Təhlükəsizlik Nazirliyinin sifarişi əsasında mərhum Turac Zeynalovun həyat yoldaşı Gülnar Ağayevaya sui-qəsd hazırlanıb. Bildiririk ki, ?Azadlıq? qəzeti vasitəsi ilə özünü Naxçıvan MR MTN-nin əməkdaşı kimi təqdim edən İbrahim Musayev heç vaxt təhlükəsizlik orqanlarının əməkdaşı olmayıb, bu cür mənəviyyatsız insanın ümumiyyətlə MTN ilə hər hansı bir formada bağlılığı yoxdur. ?Azadlıq? qəzetində dərc edilmiş şər və böhtan xarakterli məlumatların ?qəhrəmanı? barəsində aparılmış araşdırmalar zamanı müəyyən edilib ki, Musayev İbrahim Həsən oğlu 1992-ci il noyabrın 21-də Naxçıvan şəhərində anadan olub, Naxçıvan şəhəri Qoçüstü məhəlləsi bina 2, mənzil 45-də yaşayıb və orada qeydiyyatdadır. Atası, Musayev Həsən Kamil oğlu əslən Babək rayonunun Nehrəm kəndindəndir, 15 il əvvəl ailəsini ataraq Rusiya Federasiyasının Yaroslavl şəhərinə köçüb, Lena adlı qadınla ikinci dəfə ailə quraraq orada yaşayır. İ.Musayev əvvəllər Naxçıvan şəhərindəki Heydər Əliyev adına Hərbi Liseydə təhsil alıb, əxlaqi-mənəvi keyfiyyətlərinin aşağı olması səbəbindən lisey rəisinin 2008-ci il 24 yanvar tarixli 18 nömrəli əmri ilə liseydən qovulub. Sonradan təhsilini orta məktəblərdən birində davam etdirən İ.Musayev 2010-cu ildə Naxçıvan Dövlət Universitetinə daxil olub. Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsinin Təsviri incəsənət müəllimliyi ixtisasının əyani şöbəsində 2-ci kursadək təhsil alıb, davamiyyəti pozması və intizamsızlığı səbəbindən 2012-ci il iyulun 8-də 3/248 saylı əmrlə universitetdən xaric edilib. Naxçıvan Dövlət Universitetinin 2012-ci il 26 noyabr tarixli məktubu əsasında Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Naxçıvan Şəhər İdarəsi universitetdən xaric edilmiş İ.Musayevin hərbi xidmətə cəlb edilməsi üçün qeydiyyatda olduğu ünvana çağırış göndərmib. Lakin, çağırışa cavab olaraq Musayev Fərhad Həsən oğlu qardaşı İ.Musayevin ailədaxili münaqişələrə görə bir müddət onlardan ayrı yaşadığını, sonradan isə Rusiya Federasiyasına getdiyini bildirib. SHXÇDX-nin Naxçıvan Şəhər İdarəsi 2012-ci il 3 dekabr tarixli 2/318 və 2/320 nömrəli məktubla İ.Musayevin tapılaraq hərbi xidmətə cəlb edilməsi üçün Naxçıvan Şəhər Polis İdarəsi və Naxçıvan Şəhər Prokurorluğuna müraciət edilib. İ.Musayevi tanıyan şəxslər onu dələduz, şöhrətpərəst, mənəviyyatsız bir şəxs kimi xarakterizə ediblər. Həmçinin məlum olub ki, İ.Musayev ətrafdakılara özünü dövlət orqanlarında yüksək vəzifədə işləyən şəxs kimi də təqdim edib. Belə ki, İ.Musayev qohumu olan xanımı aldadaraq onunla evlənəcəyinə vəd verib və həmin şəxsi ?qaçırıb?. Lakin, həmin şəxsin ailəsi məsələyə müdaxilə etdikdən sonra, İ.Musayevin digər bir qohumu ilə də nikahdankənar münasibətlər saxladığı və nəticədə həmin qadının 2 aylıq hamilə olduğu ortaya çıxıb. Bu səbəbdən ?qaçırılan? xanım valideynlərinə təhvil verilməyib və I.Musayev hamilə qadınla evlənməli olub. Onların toyları 2012-ci il iyunun 5-də Naxçıvan şəhərində yerləşən ?Xəyal? restoranında keçirilib, İ.Musayevin ləyaqətsiz hərəkətlərinə görə ailəsi və qohumları həmin toyda iştirak etməyiblər. Toy xərclərini ödəməyən İ.Musayev babası Həsənov Səyavuş Savalan oğluna məxsus Naxçıvan şəhəri Qoçüstü məhələsi bina 2 mənzil 45-in sənədlərini oğurlayaraq restoranın müdiri Qasımov Əfqan Əli oğluna (mob.tel : 0706000084) verib, restoran müdirini aldadıb, özünün MTN-də yüksək vəzifədə işlədiyini bildirərək ona hədə-qorxu gəlib, 1500 manat məbləğində toy xərcini ödəməkdən yayınıb (toyun video kasetləri pul ödənilmədiyi üçün restoranda qalıb). O, həmçinin Naxçıvan şəhərində fəaliyyət göstərən ?Ləzzət-qida? MMC-nin əməkdaşı Həsənov Əli Məhəmməd oğlunu (mob.tel: 0519455697) da aldadaraq toyu üçün 586 manat 40 qəpik məbləğində ərzaq məhsulları götürüb, lakin pulunu ödəməyib. Naxçıvan şəhərində fəaliyyət göstərən ?Gənclik? ticarət mərkəzindəki qadın gözəllik salonunda işləyən Həsənova Fatma Həsən qızından (mob.tel :0506331488) 1200 manat dəyərində gəlin paltarını 350 manata kirayə götürüb, lakin kirayə haqqını ödəməyib, gəlin paltarını yararsız vəziyyətə saldığına görə salon sahibi 1200 manat ziyana düşüb. İ.Musayev həmin paltarı götürərkən pulunu ödəyəcəyi vədi ilə AB 591590 saylı sürücülük vəsiqəsini salonda girov qoyub. İ.Musayev Naxçıvan şəhərində yerləşən mobil telefon mağazası sahibi Hüseynov Vüsal Mətləb oğlunu (mob.tel: 0707446969) aldadaraq ondan 380 manat dəyərində mobil telefon alıb, əvəzində isə AZE 06503214 saylı şəxsiyyət vəsiqəsini mağaza sahibinin etibarını qazanmaq məqsədi ilə ona verib. İ.Musayev telefonun pulunu ödəməkdən yayınıb, mağaza sahibi pulunu tələb etdiyi vaxtlarda isə özünü Naxçıvan MR DİN-nin yüksək rütbəli əməkdaşı kimi təqdim edərək onu hədələyib. İ.Musayev, həmçinin Naxçıvan şəhərindəki ?Cahan? ticarət mərkəzində meyvə ticarəti ilə məşğul olan Afiq Bayramovdan (mob.tel: 0515123975) da 100 manat məbləğində meyvə alaraq pulunu ödəməyib. Bundan başqa, İ.Musayev ləyaqətsiz hərəkətlərinə etiraz edən babası, nənəsi və anasının birgə yaşadıqları mənzilə gələrək onları təhqir edib, dava-dalaş salaraq mənzildəki əşyaları sındırıb. Bu hadisə ilə bağlı İ.Musayevin babası Həsənov Səyavuş Savalan oğlu polis orqanlarına şikayət ərizəsi ilə müraciət edib. Müxalifət mətbuatında yeni bir Elşad Abdullayev obrazı yaratmağa çalışan şəxslərin nəzərinə çatdırırıq ki, İ.Musayev məhz törətdiyi əməllərə görə cinayət məsuliyyətinə cəlb olunacağından qorxduğu, həmçinin hərbi xidmətə çağırışdan boyun qaçırmaq və borclarını ödəməkdən yayınmaq üçün 2012-ci il sentyabrın 2-də Heydər Əliyev Beynəlxalq Aeroportundan Bakı-Moskva təyyarə reysi ilə ölkəni tərk edərək Rusiya Federasiyasına gedib. Culfa rayon Ərəzin kənd sakini Ağayeva Gülnar Yəhya qızı Naxçıvan Muxtar Respublikası Milli Təhlükəsizlik Nazirliyinə ərizə ilə müraciət edərək bildirmişdir ki, mərhum həyat yoldaşı Turac Zeynalovun ölümü ilə əlaqədar Bakı şəhərində olarkən telefonuna naməlum nömrədən zəng gəlib və özünü qeyri-hökumət təşkilatının hüquqşünası kimi təqdim edən şəxs ona hüquqlarının qorunmasında yaxından köməklik göstərmək istədiyini bildirib. Həmin şəxs G.Ağayevanın etibarını qazanmaq və özünü imkanlı bir şəxs kimi göstərmək məqsədi ilə ?Dəmirbank?ın əməkdaşı olduğunu da deyib. G.Ağayeva bu şəxsin sonradan əslində İbrahim Musayev olduğunu öyrənib. İ.Musayev sonrakı müddətdə G.Ağayevaya Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən Demokratiyaya Dəstək və İnsan Hüquqları Resurs Mərkəzinin sədri Məlahət Nəsibova ilə birgə çalışdığını, sonuncunun xarici təşkilat və ölkələrdən külli miqdarda qrantlar aldığını bildirib, adıçəkilən QHT rəhbərinə köməklik etməklə Milli Təhlükəsizlik Nazirliyini birgə şantaj edib çoxlu pul qazanmaq, xarici səfirlik və nümayəndəliklərlə görüşlər keçirib, gələcəkdə Avropa ölkələrinin birində siyasi sığınacaq ala biləcəklərini vəd edib. Lakin G.Ağayeva İ.Musayevin xoşniyyətli olmadığını anlayıb və ondan uzaqlaşıb. Elə bu səbəbdən də İ.Musayev ?məslək yoldaşları və havadarlarının? köməkliyi ilə Naxçıvan Muxtar Respublikası Milli Təhlükəsizlik Nazirliyi və G.Ağayeva barədə şantaj, böhtan xarakterli, həqiqətəuyğun olmayan məlumatlar yaymağa başlayıb. Həmçinin G.Ağayevanın bildirdiyinə görə özünü ?Azadlıq? qəzetinin redaktoru kimi təqdim edən Yafəz Həsənov bir-neçə dəfə onun mobil nömrəsinə zəng edərək İbrahim Musayevin dediklərini təsdiqləməsi üçün ona şirnikləndirici vədlər verib, onlarla əməkdaşlıq etməyə razı salmağa çalışıb. Lakin, Y.Həsənov G.Ağayeva tərəfindən rədd cavabı aldıqdan sonra sonuncunun telefonuna boş SMS-lər göndərməklə onu narahat etməyə başlayıb. Məlahət Nəsibova 2012-ci il dekabrın 5-də ?Azadlıq? qəzetinə müsahibəsində bildirib ki, qızı ali məktəbə hazırlaşarkən repetitor yanına gedib, guya bir müddət sonra müəllimlər təzyiqlər nəticəsində onun qızı ilə məşğul olmaqdan imtina ediblər. Sonra isə M.Nəsibova guya qızını özü hazırlaşdırdığından yüksək balla ali məktəbə qəbul olduğunu vurğulayıb. Onun bu iddiasına cavab olaraq bildiririk ki, natamam orta təhsilli M.Nəsibovanın bu iddiaları absurddur. Belə ?yüksək savadı? olan M.Nəsibova görəsən indiyədək nə üçün özü ali təhsil ala bilməyib. Naxçıvanda fəaliyyət göstərən, heç bir ali təhsili olmayan, üzdəniraq hüquq müdafiəçilərinin daim gündəmdə qalmaq, siyasi dividentlər əldə etmək üçün ucuz şoular yaradaraq dövlət orqanları barədə yalan və böhtan xarakterli məlumatlar yaymaları respublika ictimaiyyətinə çoxdan bəllidir. İctimaiyyət nümayəndələri tərəfindən onların yaramaz hərəkətləri daim qınaq obyekti olub, bu gün də olmaqdadır. Ölkəmizdəki demokratiya və söz azadlığından sui-istifadə etməyi özlərinə ar bilməyən belə ünsürlər maraqlı qüvvələrin sifarişi ilə cəmiyyətdə dövlət orqanlarına qarşı nifrət yaratmağa və vətəndaşların dövlətimizə olan etimadının zəiflədilməsinə çalışırlar. Lakin, şübhə yoxdur ki, xalq sabaha inamla baxır və bu inamın reallaşması üçün ölkənin daxilində, eləcə də xaricində olan heç bir qüvvənin öz məkrli niyyətini həyata keçirməsinə imkan verilməyəcək?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA