06-12-2012 [06:27]
Dekabrın 5-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyilə ?Xural? qəzetinin baş redaktoru Əvəz Zeynallının məhkəmə prosesi davam edib. İclasın ilk dəqiqələrində Ə.Zeynallı məhkəməyə və dövlət ittihamçısına əvvəlcə zərərçəkmiş, sonradan isə şahid qismində ifadə verən sabiq millət vəkili Gülər Əhmədovanın məhkəmə prosesində iştirakının təmin olunmasına iradını bildirib.
?Mən hər dəfə bu qadının özfəaliyyətilə bağlı sizə məlumat verirəm və bildirirəm ki, ay hörmətli hakimlər, dövlət ittihamçısı bu qadın deyəndə ki, xəstəyəm yerimdən qalxa bilmirəm, inanmayın. Budur, sonra da utanmadan cəmiyyət içinə çıxıb, sağ əli Əhməd Şahidovun ? o Əhməd Şahidov ki, iyulun 2-də bura adam döyməyə gəlmişdi ? ?Sevdiyim qadın? kitabının təqdimatyına gedir və jurnalistlərin, ?Ə.Zeynallı ilə sizin əməlinizdə nə kimi fərq var? sualından yayınır, deməli bu qadın yalançıdır. Yalan danışmaq bunun peşəsidir, alnına yazılıb, doğulanda. Sonra mənim dediklərimi yenə başqa yerə yozmayın, açıq etiraf edin ki, onu bura gətizdirə bilmədiniz. Qoymadılar. Başını idarəedənlər qoymadılar, sizin də cəsarətiniz çatmadı...?.
Ə.Zeynallının ilk çıxışını sükutla qarşılayan məhkəmə prosesi prokuror R.Hadıyevin sualları ilə davam edib. Dövlət ittihamçısı istintaqa əlavə edilən 311.3.2 və 311.3.3 maddələri əsasında ifadə verən şahidlərin dediklərinə uyğun suallar verib.
Ə.Zeynallı ?Kurort? ASC-nin sabiq sədri Akif Məmmədovla hansı münasibətlərdə olduğu, onun haqqında ?Xural? qəzetində gedən yazıların dayandırılması müqabilində rüşvət alıb-almamsı barədə sualları cavablandırıb.
- Burada şahid kimi ifadə verən Xanoğlan Muxtarov iddia etdi ki. o, Akif Məmmədovun əvəzindən guya mənə pul verib. Akif Məmmədov isə mənə heç bir rüşvət vermədiyini etiraf etdi ? istintaqın təzyiqlərinə baxmayaraq ? mən özünü ?nökər? adlandıran Xanoğlandan hansı səbəbdən rüşvət almalı idim ki? Xanoğlan kimdir ki? Bu tip adamlar 80 yaşında da üzə duracaqlar, bunların peşəsi budur.
Prokurorun ?İnturAvto? Şirkətinin sahibi Aydın Heydərovdan da hədə-qorxu yolu ilə pul tələb olunması barədə dediklərinə toxunan Ə.Zeynallı ?hüquq bir yerlərdə dayananda onun yerinə milli adətlərimiz danışır. Əgər mən bu adamdan hədə-qorxu etməklə rüşvət istəmişəmsə, mənim, yox əgər bu adam mənim üzümə yalandan durub, şərləyirsə, onun ölüsünə, dirisinə, əslinə-əbəjdadına lənət!? deməsi dövlət ittihamçısı tərəfindən çox aqressivliklə qarşılanıb. Prokuror məhkəmədən Ə.Zeynallının bu cür təhqirlər etməsinə imkan verməməyə çağırıb.
Əvəz Zeynallı:
- Bu cür ittiham aktını müdafiə etməyin özü təhqir olmalıdır ...
Prokuror:
- Mən ötən dəfəki məhkəmə iclasında da dedim, sizin bu hərəkətləriniz suallara cavab verməkdən yayınmaq məqsədi kimi qiymətləndirilir.
Ə.Zeyanllı bütün etirazlara baxmayaraq, etnoqrafiyada ?lənət? bölümünə aid bir ifadənin təhqir olmadığını əsas gətirərək, bir daha dediklərini təkrar etdi:
?Siz bir günahsız adamı bura salıb, onun əsəblərilə oynaya bilməzsiniz. Hüququn dayandığı yerdə Allahın qanunları işə düşür. Bir daha deyirəm, Allah yalandan mənim üzümə dayanıb, şər atan, böhtan atan hər kəsin atasına, əbəjdadına, əzizinə-doğmasına lənət eləsin. Məni bura şərlə saldıran hər kəsə lənət eləsin! Qalxa bilirsinizsə, qalxın bu lənətlərin altından...?.
?Artiq ürəyim ağrıyır??
Prokuror (hakimə):
- Möhtərəm hakim, artıq mənim ürəyim ağrıyır, bu şəkildə sual vermək imkanım yoxdur. Xahiş edirəm fasilə elan edəsiniz.
Əvəz Zeynallı (Cinayət Prosessual Məcəlləni qəfəsə çırparaq):
- Bunu siz özünüz yazmısınız. Heç olmasa, özünüzün qəbul etdiyiniz bu qanunlara riayət edin.
Hakim:
- Zeynalov sakitləş.
Ə.Zeynallı: ?Bah... Gülərin ürəyi var, Sabirin, Aydının ürəyi var, Akifin, Mürvətin, bunları əl oyuncağına döndərənlərin, hətta prokurorun da ürəyi varmış... Tək Əvəz Zeynallının ürəyi yoxdur! Ə.Zeynallının ürəyinin yerinə daş asılıb. Bunlara bax. Birinci gündən demişəm. Bu məhkəmədə yalnız haqlı olanların ürəyi tab gətirəcək, haqsızlarınsa bağrı çatlayacaq. Bu yolu mən seçməmişəm onlar üçün...?.
Tərəflərin sakitləşmədiyini görən hakim iki dəfə fasilə elan edinb
Fasilədən sonra prokuror, istintaq müddətində toplanması vacib olan heç bir dəlilin olmadığını ortaya çıxarıb. Ə.Zeynallı prokuroru işlə yaxından tanış olmamaqda ittiham edib:
- Sabir Tarverdiyevin sözlərinə görə, Elmar Vəliyevin müavini ona deyib ki, bizə pul verib, Əvəz Zeynallını tutduracaqmış, o, qoymayıb. Prokuror başqa bir cinayətin açılmasına vəsilə olacaq bir ifadəni nə üçün ciddiyə almadı? Sərf eləmədi? Elmar Vəliyevin adı burada tez-tez çəkilir, istintaq 7 ay hansı işlə məşğul olub? Niyə Elmar Vəliyevin də ifadəsini işə əlavə etməyib? Siz mənə burada sual vermək adı ilə dilimdən fakt toplamağa çalışırsınız. İttiham tərəfi belə olur? Bu günə qədər fakt dediyiniz bütün sənədləri mən özüm sizə təqdim etmişəm. Bəs sizin işinizin adı nə olub?
?İndi mən də sizdən soruşuram...?
Əvəz Zeynallı:
- Sizin baş prokuror deyirdi ki, Elşad Abdullayevdən soruşan lazımdır, 7 ildir haradaydı? Ay hörmətli ittiham tərəfi, indi mən də sizdən soruşuram, siz Aydın Heydərovdan soruşmadınızmı, 2005-ci ildə olan bir hadisəni sən niyə 2001-ci ildə Ramiz Mehtiyev ?Xural? qəzetini talan etdirəndən sonra yada saldın? Aydın Heydərovdan rüşvət alanın da, mənə şər atanın da...
Prokuror:
- Suallara bir az mədəni cavab verin.
Əvəz Zeynallı:
- Nə mədəniyyət? 14 aydır salmısınız məni qəfəsə, ortada da heç nə yox. Mən burda heç nədən çürüyə-çürüyə hələ bir mədəni də olmalıyam? Sizə də elə o lazımdır, mədəni olum, səsim çıxmasın siz də ağlınıza gələn işi kəsib məni "cəzalandırasınız...
Sonra Əvəz Zeynallı ?Azərbaycan? nəşriyyatının direktoru Ağabəy Əsgərovla, Milli Dövlətçilik Partiyasının sədri Sabir Tanrıverdiyevlə və vergidən yayınma ilə bağlı epizodlar üzrə prokurorun suallarını cavablandırıb.
Ə.Zeynallıya qarşı qaldırılmış dıgər maddələr üzrə ittihamlar da baş redaktor tərəfindən qəbul edilməyib.
Məhkəmə prosesi dekabrın 12-də saat 14.00-da davam edəcək.
Xatırladaq ki, Ə.Zeynallı adı korrupsiya faktında hallanan və hazırda haqqında AR CM-nın 178-ci maddəsilə cinayət işi qaldırılan sabiq deputat G.Əhmədovanın rüşvət ittihanları ilə həbs olunub. Hazırda 14 aydır ki, baş redaktor əsassız olaraq həbsdədir(modern.az).