Ağdazda ağır yol qəzası: 3 nəfər ölüb, 16 nəfər yaralanıb

img

24-11-2012 [12:04]


Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, dünən Ağdaş rayonunda ağır yol qəzası baş verib. Ağdaş rayonu, Şıxı kəndində Ağdaş-Mingəçevir yolunun 15-ci kilometrliyində Ağdaş-Mingəçevir marşrutu ilə hərəkət edən ?Mercedes? markalı mikroavtobus və ?BMW? markalı minik avtomobili toqquşub. Nəticədə, minik avtomobilinin sürücüsü - 1965-ci il təvəllüdlü Azər Xanməmməd oğlu Orucov, sərnişinləri 1960-cı il təvəllüdlü Maarif Möhsüm oğlu Məmmədov və 1967-ci il təvəllüdlü Mürvət Həmid oğlu Əliyev hadisə yerində ölüb, mikroavtobusun sürücüsü və 15 nəfər sərnişin xəsarət alıb. Xəsarət alanlar xəstəxanaya aparılıb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA