Bakıda amansız qətl törədildi

img

04-12-2012 [12:57]


Ötən gün saat 20:00 radələrində Qaradağ rayonu Lökbatan qəsəbəsində dəhşətli qətl hadisəsi baş verib. Rayon Prokurorluğundan verilən məlumata görə, 1966-cı il təvəllüdlü Aydın Qəzənfər oğlu Qəhrəmanov tanışı 1964-cü il təvəllüdlü İsa Hüseyn oğlu Hüseynova çoxsaylı bıçaq zərbələri endirib. Hadisə nəticəsində İsa Hüseynov dünyasını dəyişib. Hadisə tanışların aralarında yaranan mübahisə nəticəsində baş verib. Faktla bağlı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsilə cinayət işi başlanıb, istintaq gedir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA