Moskvada erməni ?qanuni oğru?lar tutuldu

img

30-10-2012 [10:54]


Moskvada dünən polis ?oğru yığıncağı?nı dağıdıb və beş kriminal "avtoritet"i tutub. Moskva restoranlarından birində keçirilmiş xüsusi əməliyyat zamanı polis Ermənistan əsilli iki nəfəri saxlayıb: bunlar Artyom Lipetski ləqəbli Artyom Arakelyan və Surençik ləqəbli Suren Avetisyan olublar. Onların hər ikisi ?qanuni oğru? statusundadır və Rusiya ərazisinə narkotiklər göndərən cinayətkar qruplaşmada fəaliyyət göstəriblər. Faktla bağlı cinayət işi qaldırıblar. Başqa tutulanlar barədə hələ ki, heç nə bildirilmir. Qeyd edək ki, yalnız Rusiyada deyil, hətta Amerikada da erməni cinayətkar qruplaşmalarının artmasını ilk öncə Ermənistanın hakimiyyət sahiblərinin öz kapitallarını etibarlı şəkildə gizlətməsi ilə bağlayırlar. Sadə insanların isə heç nəyi yoxdur, onlardan heç nə oğurlamaq mümkün deyil və bu ölkədə belə insanlar böyük əksəriyyəti təşkil edir. ANS PRESS

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA