Zakir Qaralovun məhkəməsinə start verildi

img

27-11-2012 [11:17]


Azərbaycanın baş prokuroru Zakir Qaralov sabiq prokuror tərəfindən məhkəməyə verilib. Bu barədə mia.az-a daxil olan məlumatda bildirilir ki, Zakir Qaralovun məhkəməyə verilməsi, onun 01 iyun 2009-cu il tarixli əmrindən qaynaqlanıb. Artıq tərəflər arasındakı məhkəmə çəkişməsi növbəti instansiya məhkəməsində baxışa da qəbul olunub: ?Zakir Qaralov həmin tarixdə Abşeron rayon prokurorunun köməkçisi Tofiq Ağacanovu vəzifəsindən azad edib. Tofiq Ağacanov isə barəsində verilən əmri əsassız sayır və bu üzdəndir ki, 3 ildir mübarizə aparır. O, Baş Prokurorluğu, konkret Zakir Qaralovu məhkəməyə verərək, 01 iyun 2009-cu il tarixli əmrin qanunsuz hesab edilməsini tələb edir. Lakin 2 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsində qaldırdığı iddia ərizəsi məhkəmə tərəfindən təmin olunmayıb. Ağacanov bu məhkəmənin qərarından apellyasiya şikayəti verib. Onun şikayəti artıq Bakı Apellyasiya Məhkəməsində icraata qəbul olunaraq araşdırılır. Məlumata görə, Bakı Apellyasiya Məhkəməsində hakim Sərvət Hüseynovun sədrliyi ilə ?pomprokuror?un şikayətinə noyabrın 28-də baxılacaq. Xatırladaq ki, Tofiq Ağacanov Dövlət neft Akademiyasında terror törətməkdə ittiham edilmiş Fərda Qədirovun cinayət işi üzrə 1 iyun 2009-cu il tarixində vəzifəsindən azad edilib. Baş prokuror Zakir Qaralov onu Fərda Qədirovla qohum olmaqda və bu iş üzrə istintaqa kömək etməməkdə ittiham edərək, prokurorluq orqanlarından xaric edən əmri imzalayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA