Azərbaycanda yanacaqdoldurma məntəqəsinə silahlı basqın edilib

img

22-11-2012 [07:51]


Azəraycanda yanacaqdoldurma məntəqəsinə silahlı basqın olub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin verdiyi məlumata görə, hadisə Qazax rayonunun Yuxarı Salahlı kəndi ərazisindəki "Fərid" yanacaqdoldurma məntəqəsində olub. Məntəqəyə gələn maskalı 2 naməlum şəxs orada işləyən Cavanşir Bayramova tapança və avtomat silahlarla hədələyərək əl-qolunu yapışqanlı kağızla bağlayıb, oradan 4000 manat pul aparıb. Qazax RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Gürcüstan vətəndaşları Nodar Qaruçava tutulub, Anquli Apşilava və Aleksandre Apşilava isə müəyyən edilib. Qaruçava Nodarın idarə etdiyi "Man" markalı avtomaşına baxış zamanı hadisə törədilərkən istifadə olunmüş 1 ədəd "AK" silahı, 1 ədəd "Revolver" markalı tapança, 1 ədəd süngü-bıçaq, 1 ədəd patron darağı, 30 ədəd avtomat və 6 ədəd tapança patronu aşkar edilərək götürülüb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA