?Məni öldürmək üçün adam göndərmizdilər?

img

14-11-2012 [08:05]


Dünən Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahmud Ağalarovun sədrliyi ilə, Hərbi-Dəniz Qüvvələrinin komandiri, vitse-admiral Şahin Sultanovun şikayəti əsasında həbs edilən ?İnamla hüquq? MMC-nin direktoru, hüquq müdafiəçisi Bəxtiyar Məmmədovun məhkəmə prosesi davam edib. Qeyd edək ki, B.Məmmədov Dövlət Bayraq Meydanı ətrafında baş verən maxinasiyaların ictimailəşdirilməsi və orada evlərindən çıxarılan sakinlərin hüquqlarının müdafiəsi ilə məşğul olub. Prosesdə hakimlər və prokuror gələnə kimi B.Məmmədov üzünü zaldakılara tutaraq sifarişlə həbs edildiyini bildirdi: ?Məni Quantanamo həbsxanasına salsalar da, qorxan deyiləm. Məni öldürmək istəyirdilər, adam da göndərmişdilər. Amma jurnalist Elmar Hüseynovun, general Rail Rzayevin qətlləri beynəlxalq ailəmdə səs-küy yaratdı. Ona görə də məni öldürmədilər, həbs etdilər. İçərisində hamilə qadınlar olan 29 ailəni zorla evilərindən bayıra tökən Şahin Sultanov axı hardan bilsin ki, bir daha yüksələn bayraq, bir daha enməz? O belə şeyləri bilməz. Mən o bayraqla qürur duyuram?. Bir saat sonra hakimlərlə prokuror məhkəmə zalına daxil oldular. Prokuror bildirdi ki, onların əldə etdiyi sənədlərdə B.Məmmədovun 2002-ci il yanvarın 3-də Cinayət Məcəlləsinin 312-ci (rüşvət vermə) və 178-ci (dələduzluq) maddəsi ilə həbs edildiyi qeyd olunur: ?Sonradan isə yenə Cinayət Məcəlləsinin 221 (xuliqanlıq) və 178-ci maddəsi ilə həbs edilib?. B.Məmmədov buna cavab olaraq dedi ki, 2002-ci ilin yanvarında qeyd olunan maddələrlə həbs edilməyib. Onun sözlərinə görə, 2003-cü il oktyabr ayının 13-də 221-ci və 178-ci maddələrlə həbs olunub və şərti cəzaya məhkum edilib: ?Sonradan həmin iş sübuta yetirilmədiyi üçün məhkumluq üzərimdən götürüldü. Mənim rüşvət məsələsi ilə bağlı həbs edilməyim haqda dediklərinizdən isə xəbərim yoxdur, belə bir şey olmayıb?. Bundan sonra prokuror yaranan ziddiyəti aydınlaşdırmaq üçün məhkəmədən vaxt istədi. B.Məmmədov isə ötən məhkəmə prosesində Ş.Sultanovun verdiyi ifadəyə münasibət bildirdi: ?Şahin Sultanov məhkəməyə gətirildiyi və onun ifadəsi alındığı üçün sizə minnətdaram. Amma Şahin Sultanov ifadə verərkın mənə danışmağa imkan vermədiniz ki, o birdən çıxıb gedər. Şahin Sultanov təkzib edirdi. Ancaq ?Azvirt? şirkətinin sakinlərə pul verməsi, Şahin Sultanovun sənədlərə imza atması haqda məndə sənədlər var?. B.Məmmədov həmin sənədləri hakimlərə göstərdi. Bundan sonra hakim prosesi noyabrın 20-nə saat 12:00-a təyin etdi. Qeyd edək ki, Bəxtiyar Məmmədov 2011-ci ilin dekabr ayının 30-da həbs edilib. Hüquq müdafiəçisinə qarşı cinayət işi Şahin Sultanovun şikayətinə əsasən qaldırılıb. Onun şikayətinə əsasən, B.Məmmədov barəsində Cinayət Məcəlləsinin 182.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanıb(Bizimyol).

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA