General və nazirlərə qarzı iddia qaldırıldı

img

13-11-2012 [12:32]


ARDNŞ-in tabeliyində olan ?Azəriqaz? İstehsalat Birliyi Səhiyyə, Maliyyə və Müdafiə nazirlikləri ilə bərabər, general Arzu Rəhimovun rəhbərlik etdiyi Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidmətinə qarşı borc tələbi ilə bağlı hüquqi müstəvidə iddia qaldırıb. Bu barədə mia.az-a verilən məlumatda bildirilir ki, adıçəkilən nazirliklər və xidmət rəhbərliyi istifadə etdikləri təbii qaza görə yaranmış borclarını büdcə təşkilatları olmaları səbəbindən bəhanə etməklə ödəmək istəmirlər: ?Bu səbəbdən də ?Azəriqaz? Səhiyyə Nazirliyi ilə Müdafiə Nazirliyini, həmçinin, Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidmətinə qarşı məhkəmə proseslərinə Samir Şərifovun rəhbərlik etdiyi nazirliyi ilə cəlb edib. Qarşı tərəf borcun ödənilməsi üçün mütləq Maliyə Nazirliyinin əlavə pul ayırmasını israr etdiyindən belə bir vəziyyət yaranıb. Hazırda ?Azəriqaz?ın Səhiyyə Nazirliyinə qarşı qaldırdığı iddia üzrə məhkəmə prosesi Bakı Apellyasiya Məhkəməsində araşdırılır. Hakim Nurəddin Mustafayevin sədrliyi ilə bu şikayətə ayın 15-də baxılacaq?. O k qaldı general Səfər Əbiyevlə general Arzu Rəhimovun rəhbərlik etdikləri qurumlarla bağlı məhkəmə işlərinə, müsahibimiz deyir ki, həmin işlərə də birinci instansiya məhkəməsində baxılıb. Lakin qərar ?Azəriqaz?ı təmin etmədiyindən apellyasiya şikayəti verilib: ?Bu şikayətlər isə Bakı Apellyasiya Məhkəməsində hakim Səriyyə Seyidovanın sədrliyi ilə icraata qəbul olunub və araşdırılır. Hakim iş üzrə bu günə iclas təyin edib?. Adları çəkilən dövlət qurumlarının da məhkəmə işi ilə bağlı mövqelərini dərc etməyə hazırıq.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA