Bakıda ər arvadını "lopatka" ilə ölümcül döydü

img

20-11-2012 [10:28]


Abşeron rayonu Goradil qəsəbəsində qadın öz həyat yoldaşı tərəfindən vəhşicəsinə döyülüb. Hadisə zamanı 30 yaşlı Əliyeva Könül Mais qızı baş və bədən nahiyyəsindən aldığı çoxsaylı xəsarətlər nəticəsində ağır vəziyyətdə 1 saylı şəhər klinik xəstəxanasına çatdırılıb. Əliyevaya həkimlər tərəfindən ilkin tibbi yardım göstərilib. Polislərə verdiyi ilkin ifadəsi zamanı Könül Əliyeva həyat yoldaşı 36 yaşlı Əzizov Tofiq Tahir oğlu tərəfindən kürək sapı ilə döyüldüyünü bildirib. ?İşdən gəlmişdim paltarımı soyunurdum. Bilmirəm hardan çıxdı, lapatka sapı ilə döydü məni. Heç nə hiss eləmirdim? ? deyə zərərçəkmiş bildirib. Qeyd edək ki, Könül Əliyeva və onun həyat yoldaşı Tofiq Əzizov rəsmi şəkildə ər-arvad olsalar da bir ilə yaxındır ki, ayrı yaşayırlar. Könül Əliyevanın sözlərinə görə, əri 8 ay əvvəl onu və 2 azyaşlı qızını ataraq xaricə gedib. Bir neçə gün əvvəl isə Könül Əliyevanın həyat yoldaşı Tofiq Əzizov yenidən geri qayıdıbvə ailədə söz-söhbətlər yaranmağa başlayıb. Zərərçəkənin sözlərinə görə, ailə həyatı qurduğu gündən bəri əri tərəfindən mütəmadi olaraq işgəncələrə məruz qalıb. Faktla bağlı artıq abşeron rayon polis şöbəsində araşdırma başlanılıb. Hadisə ilə bağlı zərərçəkənin ifadəsi də alınıb. Artıq Könül Əliyevaya ağır bədən xəsarətləri yetirən onun həyat yoldaşı Tofiq Əzizov da polislər tərəfindən saxlanıvb və onun ifadəsi də alınıb. Araşdırmalardan sonra baş verən ailə faciəsinə lazımı hüquqi qiymət veriləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA