Azərbaycanda 78 əcnəbi saxlanıldı

img

13-11-2012 [04:07]


Ötən həftə Azərbaycanda yaşayan və fərdi icazə alınmadan əmək fəaliyyətinə cəlb edilmiş 78 əcnəbi saxlanılıb. MIA-nın Dövlət Miqrasiya Xidmətinə istinadən verdiyi məlumata görə, noyabrın 5-dən 10-dək Gəncə, Mingəçevir, Şirvan şəhərlərində, Şəmkir, Zərdab, Qazax, Ağstafa rayonlarında qanunsuz miqrasiyaya qarşı müvafiq tədbirlər keçirilib. Keçirilən tədbirlər nəticəsində qanunvericiliyin tələblərinə zidd olaraq ölkə ərazisində etibarsız sənədlərlə yaşayan və fərdi icazə alınmadan əmək fəaliyyətinə cəlb edilmiş 78 əcnəbi aşkar edilərək barələrində İnzibati Xətalar Məcəlləsinin 339 və 340-1-ci maddələrinə uyğun müvafiq qərarlar qəbul edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA