Sevdiyi qızı döyərək saçlarını kəsən zəxs tutuldu

img

12-11-2012 [01:47]


Bir müddət əvvəl Bakıda sevdiyi qızı döyərək saçlarını kəsən və bu hadisəni video lentə alaraq sosial şəbəkələrdə paylaşan Naxçıvan sakini Bakıda həbs edilib. Binəqədi rayon Polis İdarəsindən verilən məlu8mata görə, hadisənin əsas iştirakçısı Cahangir Dövlətov Nərimanov rayonu ərazisində saxlanılıb. Onu noyabrın 11-də Binəqəd rayon Polis İdarəsinin əməkdaşları tutub. C.Dövlətovun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Qeyd edək ki, bir müddət əvvəl C. Dövlətov sevdiyi qızın (K.M) mobil telefonuna zəng edib. Qız isə onun telefon zənginə gec cavab verib. Bundan əsəbiləşən Cahangir Bakıya gələrək, qıza yenidən zəng edib və görüşə çağırıb. C. Dövlətov xalası oğlu Xalid Əkbərovla birlikdə tanışı Ayxan Zəngiyevin maşını ilə qızı görüş təyin etdiyi yerdən götürərək, Novxanıya dəniz kənarına gətirib. Burda K.M-nı döyərək, ona işgəncələr verib. Bununla da hirsi soyumayan C. Dövlətov qızın saçını kəsib. Bundan sonra onlar qızı dənizdə batırmaq istəyiblər. Fakt üzrə Cinayət Məcəlləsinin 133 (işgəncə vermə) və 134 (ölümlə hədələmə) maddələri ilə işi başlanıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA