Nazirliyin rüzvət üstə həbs olunan əməkdazı buraxıldı

img

06-11-2012 [11:47]


Bakı Ağır Cinayətlər Məhkəməsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 9 ?-li Tibbi Sosial Ekspert Komissiyasının (TSEK) sədri Bayram Xudaverdiyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. APA-nın məlumatına görə, prosesdə hökm oxunub. Hökmə əsasən, B. Xudaverdiyev 2 il şərti olaraq azadlıqdan məhrum edilib və məhkəmə zalından azadlığa buraxılıb. Qeyd edək ki, B. Xudaverdiyev Bakı şəhər sakininə əlillik dərəcəsinin təyin olunmasına görə xidməti otağında 3 min manat məbləğində pulu rüşvət kimi alıb. B. Xudaverdiyev cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) maddəsi ilə ittiham elan edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA