Piyadanı vurdu, özü kanala azdı

img

05-11-2012 [04:46]


Sabirabad rayonunda piyada ölümü ilə nəticələnən yol qəzası baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, Sabirabad rayonunun Ətcələr kəndi ərazisində Nəhməd Nəhmədov ?QAZel? markalı avtomaşını idarə edərkən, yolun kənarında dayanan kənd sakini Ramiq Əliyevi vurub. Daha sonra Nəhməd Nəhmədov idarəetməni itirdiyindən avtomaşını kanala aşırıb. Nəticədə piyada aldığı xəsarətdən ölüb. Yaralanan sürücü isə xəstəxanada tibbi yardım göstərildikdən sonra buraxılıb. Avtomaşın kanaldan çıxarılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA