Bakıda 16 yazlı çeçen gənc qızı soydu

img

19-11-2012 [12:00]


Bakının Nərimanov rayonu ərazisində Çeçenistan vətəndaşı soyğunçuluq edib. Rayon Polis İdarəsindən verilən məlumata görə, Nəsimi rayonunda kirayədə yaşayan 1996-cı il təvəllüdlü Adil Muradoviç Suyundinov Nərimanov küçəsi 3 saylı binanın qarşısında 1989-cu il təvəllüdlü Həmidə Güloğlan qızı Məmmədovaya bıçaqla hücum edib. Oğlan qızı qorxudaraq onun əl çantasını alıb. Çantada Həmidəyə məxsus sənədlər, bankomat kartı pul və digər əşyalar olub. Soyğunçuluq edən Adil Suyundinov tutulub. Qeyd edək ki, Adil Suyundinov 212 saylı orta məktəbin 10-cu sinif şagirdidir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA