Nazir Füzuli Ələkbərovun daha bir ?silahdazı? məhkəməyə çıxarılır

img

23-10-2012 [11:10]


Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Baş Prokurorluğun Korrupsiyaya Qarşı Mübarizə İdarəsini tərəfindən həbs edilmiş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kürdəmir Rayon Əhalinin Sosial Müdafiə Mərkəzinin sabiq rəhbəri Qismət Abdullayevə 11 il, şöbənin əməkdaşları İradə Abbasova 10 il, Elman Rəhimova 8,6 il, Namiq Məmmədova 8,6 il həbs cəzası verilməsi diqqəti bu ilin iyun ayının 13-də həbs olunmuş Milli Məclisin deputatı Əsabil Qasımovun doğma xalası oğlu, İmişli rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru Nazim Xəlilovun üzərinə yönəldib. Mia.az xəbər verir ki, barəsində seçilmiş 2 aylıq həbs qətimkan tədbirinin vaxtı uzadılmış Nazim Xəlilovun istintaq müddəti növbəti dəfə uzadılıb: ?İstintaq müddəti növbəti dəfə artırılsa da, artıq Nazim Xəlilov və onunla birlikdə həbs olunmuş mərkəzin əməkdaşlarının barəsində aparılan istintaq-əməliyyat prosesi bitmək üzrədir. Yəqin ki, yaxın aylarda onların işi məhkəməyə göndəriləcək?. Məlumata görə, aparılan əməliyyat-istintaq tədbirləri deputatın xalası oğlunun da ağır cəzaya məhkum ediləcəyi yönündədir. Məsələ ilə bağlı qarşı tərəflərin mövqeyini öyrənmək mümkün olmayıb. Onları da dinləməyə hazırıq.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA