Heydər Əsədov rektoru korrupsiyada suçladı; Səməd Səmədov Palata sədrinə cavab verəcək (Yenilənib)

img

19-09-2012 [11:43]


Azərbaycan Hesablama Palatasının son kollegiya iclasında dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən ?Təhsil? bölməsi üzrə Azərbaycan Dillər Universitetinə ayrılmış büdcə vəsaitlərinin proqnozlaşdırılması və istifadə olunması üzrə auditin nəticələri müzakirə olunub. Universitetin məsul şəxsləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə hallarına, ciddi maliyyə pozuntularına, çatışmazlıqlara, habelə saxtakarlıq və mənimsəmə hallarına yol verilməklə dövlətə külli miqdarda zərər vurulduğunu nəzərə alaraq Kollegiya tərəfindən auditin nəticələri üzrə materialların Baş Prokurorluğa göndərilməsi və bu barədə Milli Məclisə məlumat verilməsi qərara alınıb. Palatadan bildirilib ki, kollegiya iclasında aşkar edilmiş nöqsan və çatışmazlıqların aradan qaldırılması istiqamətində ciddi tədbirlərin görülməsi məqsədi ilə Azərbaycan Dillər Universitetinə müvafiq təqdimatın və Təhsil Nazirliyinə müvafiq məlumatın göndərilməsi məsələsi də təsdiq edilib. *** Azərbaycan Dillər Universitetinin rektoru, millət vəkili Səməd Seyidov Hesablama Palatasının bu ali təhsil ocağında aşkarladığı ciddi maliyyə nöqsanları ilə bağlı açıqlama verəcək. Modern.az-a danışan Səməd Seyidov bildirib ki, hazırda Fransanın paytaxtı Parisdə işgüzar səfərdə oluğundan məsələyə münasibət bildirə bilmir: ?Hazıra Parisdəyəm. Hesabat verirəm. Ona görə də bu məsələ ilə bağlı heç nə deyə bilmərəm. Amma vətənə qayıdandan sonra Universitetdə aşkarlanan ciddi maliyyə nöqsanları ilə bağlı öz münasibətimi bildirəcəm?. #351;

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA