Nazirliyin general-mayorla davası təxirə düzdü

img

18-10-2012 [08:21]


Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin ?Aztelekom? İstehsalat Birliyinin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-mayor Arzu Rəhimovla məhkəməyə çəkişməsi noyabr ayına təxirə salınıb. Bu barədə mia.az-a daxil olan məlumatda bildirilir ki, nazirliyin belə bir addım atmasının səbəbi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin varisi olduğu keçmiş hərbi komissarlıqların telefon borclarını bu günədək ödəməmələridir: ?Nazirlik Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin keçmiş Respublika Hərbi Komissarlığı və rayon hərbi komissarlıqlarının bazasında yaradıldığını əsas gətirib, köhnə borclar da daxil olmaqla, bütün borcları, yəni abunə və danışıq borclarını general Arzu Rəhimovun rəisi olduğu xidmətdən tələb edir. Lakin saylı Bakı İnzibati ?İqtisadi Məhkəmə borcun köhnə illərə aid olduğunu, həmçinin borcun Respublika Hərbi Komissarlığı dövrünü əhatə etməsi ilə bərabər, bu qurumun büdcə təşkilatı olduğu əsas gətirib, iddianı təmin etmədi. İndi iş Bakı Apellyasiya Məhkəməsində hakim Elmira Nağıyeva tərəfindən araşdırılır. Ancaq hakim oktyabrın 16-na təyin olunmuş iclası yenə də təxirə salıb?. Məlumata görə, prosesə noyabrın 13-də baxılacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA