Daha bir sərnizin avtobusu qəzaya uğradı

img

15-10-2012 [10:35]


Tovuzda sərnişin avtobusu ilə minik avtomobili toqquşub. Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, Tovuz rayonu, Düz Cırdaxan kəndində (rayon mərkəzindən 6 km aralı) vətəndaşa məxsus ?Mercedes? markalı sərnişin avtobusu ilə 1969-cu il təvəllüdlü İlkin Sabir oğlu Bayramova məxsus ?Nissan Sunny? markalı minik avtomobili toqquşub. Nəticədə minik avtomobilinin sahibi İ.Bayramov aldığı ağır bədən xəsarətlərindən hadisə yerində vəfat edib. Cəsəd yanğınsöndürən-xilasedicilər tərəfindən müxtəlif alət və avadanlıqlardan istifadə edilməklə avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA