Məhkəmədə telefon qalmaqalı; Əvəz Zeynallının telefonları it-bata salınıb

img

27-09-2012 [03:56]


Dünən Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyilə ?Xural? qəzetinin baş redaktoru Əvəz Zeynallının işinə baxılıb. Prosesdə şahid qismində ifadə verən Nərimanov rayon Məhkəməsinin icra şöbəsində müvəqqəti rəis vəzifəsini icra edən Fuad Nəbiyev ilkin istintaqa verdiyi ifadələrə zidd ifadə verib. Ə.Zeynallının suallarına əsasən, ?bilmirəm?, ?yadımda deyil?, ?xatırlamıram?, ?unutmuşam? kimi cavablar verən F.Nəbiyevin dediklərindən məlum olub ki, o baş redaktorun məhkəmə işlərilə bağlı icraatı müvəqqəti daşıdığı vəzifədə olduğu cəmi 10-12 gün ərzində həyata keçirib: ?Mən dəfələrlə Ə.Zeynallını ora dəvət etdim. Bir neçə cəhddən sonra onunla söhbət edəndən sonra başa düşdüm ki, baş redaktor məhkəmənin qanuni qərarlarını yerinə yetirməkdən bilərəkdən, qərəzli şəkildə boyun qaçırır. Bundan sonra qərarların icra olunmaı üçün tərəfimizdən lazımi ölçü götürüldü?. Ə.Zeynallı F.Nəbiyevə ?sən bunların arasında ən abırlı adam idin, sənə nə etdilər ki, bu günə düşdün? Heç olmasa vicdanından utan və yalan danışma. Mən nə vaxt sizin dəvətinizə əhəmiyyət verməmişəm? Nə vaxt qərəzli olaraq məhkəmənin qərarlarını icra etməmişəm. Cəmi 12 gün bir vəzifədə oturmusan, kənardan baxan da elə başa düşə bilər ki, bütün işləri sən görmüsən? deyəndə F.Nəbiyev başını aşağı saldı. Bundan sonra baş redaktor şahidi ilkin istintaq zamanı verdiyi ifadəyə yönləndirməyə çalışan prokuror Ramazan Hadıyevə də öz etirazını bildirdi: ?Siz açıq şəkildə şahidlərin vəkili və konsultantı rolunda çıxış edirsiniz. Qanunları bu qədər çeynəməyin. Dünən bir deputatın saxta ittihamı ilə məni həbs etdiniz, bu gün bütün dünya həmin deputatın korrupsiya, rüşvət əməlindən danışır. Ortada kifayət qədər fakt var. Əgər bu dövlətdə qanunlar işləsəydi, məni saxta və gülməli ittihamlarla mühakimə etmək əvəzinə Gülər Əhmədovanı həbs edib, məhkəməyə çıxarmalı idiniz. Bunu etmirsiniz, heç olmasa, səlahiyyətlərinizdən sui istifadə edib, burda camaatın əsəblərilə oynamayın...?. Prokuror dediklərinə qanuni don geyindirməyə çalışsa da, buna nail ola bilmədi. Baş redaktor Ədliyyə Nazirliyi tərəfindən haqqında AR CM-nin 306.2.3 maddəsilə cinayət işinin açılmasına əsas verən məşhur ?saxta sənədlə? bağlı suallarını davam etdirdi. Məlum oldu ki, sənədin hazırlanmasında F.Nəbiyevin imzası olsa da, sənədlə bağlı heç bir məlumata malik deyil. Şahidin ziddiyyətli ifadələrindən sonra Ə.Zeynallı iyulun 2-də məhkəmə qarşısında qaldırdığı vəsatətlərə bir daha baxılmasını istədi. Hakim qeyd etdi ki, vəsatətlərlə bağlı göndərilən bir neçə sorğuya cavab gəlib. Baş redaktor həbs olunarkən əlindən alınan mobil telefonların KQMİ-də olmaması haqda göndərilən rəsmi məlumat baş redaktoru yenidən əsəbləşdirdi: ?Məni necə quldur kimi küçənin ortasında tutub aparıbsınız, eləcə də telefonlarımı oğru kimi gözümün qabağında mənimsəmisiniz. Mən tələb edirəm ki, mənim telefonlarımı əlimdən alan həmin quldur şahid qismində məhkəməyə çağırılsın.? Hakim bildirdi ki, A.Məmmədovla bağlı Nərimanov rayon məhkəməsində baxılan işlə bağlı da BACM-nə rəsmi məktub göndərilib. Digər şahid Aydın Heydərovla bağlı şikayətin icrasına xitam verilməsi məsələsi isə Nərimanov rayon Polis İdarəsi tərəfindən üzərindən 6 il keçdiyi üçün arxivdən çıxarılması haqda qərar qəbul olunub. Baş redaktor 3 aydır ki, qalan şahidlərin məhkəməyə gəlməməsinə də etiraz etdi: ?Onlar da daxil olmaqla, qaynana Gülər Əhmədova artıq 3 aydır ki, Azərbaycan məhkəməsinin qanunlarına hörmətsizlik edərək, bura gəlməkdən imtina edir. Mən bütün ömrümü, həyatını ?pul yığmaqla? keçirən korrupsioner- rüşvətxorların yolunu burda gözləməklə keçirə bilmərəm ki!?. Məhbus jurnalistin söylədiklərinə reaksiya verən hakim dəfələrlə şahidlərin məhkəməyə dəvət olunduğunu xatırlatdı. Və onların qanunlara biganə yanaşmasının nəticəsi olaraq şahidlərin məcburi qaydada məhkəməyə gətirilməsi haqqında qərar çıxardı. Növbəti məhkəmə prosesi sentyabrın 27 saat 14.00-a təyin olundu. Bizimyolinfo.com

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA