Jurnalistin rektora qarzı zikayəti geri qaytarıldı

img

17-09-2012 [11:10]


Sentyabrın 12-də jurnalist Emin Bədəlovun Azərbaycan Dövlət Neft Akademiyasına (ADNA) qarşı şikayəti üzrə Bakı Apellyasiya Məhkəməsində keçirilən proses ADNA rəhbərliyinin xeyrinə sonunclanıb. Daha dəqiqi, məhkəmə jurnalistin apellyasiya şikayətinin verməsini mümkün saymayan qərar verib. Bu barədə mia.az-a daxil olan məlumata görə, jurnalist bir neçə il əvvəl ADNA-dan qanunsuz xaric edildiyini əsas gətirib, akademiyaya bərpa olunmaq üçün məhkəməyə müraciət edib. Onun iddiası üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində məhkəmə keçirilsə də, birinci instansiya məhkəməsi jurnalistin tələblərini təmin etməyib. Bundan sonra o, ADNA rəhbərliyi tərəfindən barəsində tərtib edilən protokolun qanunsuz hesab olunması və tələbələr sırasına bərpa edilmə vəzifəsinin cavabdehin üzərinə qoyulması üçün apellyasiya şikayəti verib. Ancaq üç gün əvvəl Bakı Apellyasiya Məhkəməsində hakim Hilal Xəlilovun sədrliyi ilə baş tutan məhkəmədə Elmin Bədəlovun apellyasiya şikayəti mümkün sayılmayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA