Azərbaycanda daha bir məktəbli intihar etdi

img

21-09-2012 [01:26]


Ötən gün saat 17:00 radələrində Oğuz rayonunda orta məktəb şagirdi özünü asıb. Rayon Prokurorluğundan verilən məlumata görə, Xaçmaz kənd sakini, 14 yaşlı Emil Əlizadə intihar edib. Onun meyidi yaşadığı evin həyətindəki tövlənin damında aşkarlanıb. E.Əlizadənin orta məktəb şagirdi olduğu bildirilir. Faktla bağlı Cinayət Məcəlləsinin özünü öldürmə həddinə çatdırma (125) maddəsi ilə cinayət işi başlanıb. Qeyd edək ki, bu hadisə son həftə ərzində baş vermiş 3-cü məktəbli intiharıdır.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA