11-ci sinif zagirdi tələbəni bıçaqladı

img

10-10-2012 [01:13]


Bakının Xətai rayonunda məktəbli tələbənin qanını töküb. Rayon Polis İdarəsindən Milli.Az-a verilən məlumata görə, orta məktəbin 11-ci sinif şagirdi Kamil Poladov mənasız mübahisə üstündə kollec tələbəsi, 20 yaşlı Orxan Məhəmmədlini bıçaqlayıb. Xətai Rayon Polis İdarəsinin 37-ci polis bölməsi əməkdaşları K.Poladovu tutub. Bakı sakini olan K.Poladov ifadəsində göstərib ki, mənasız məsələ üstündə mübahisələri yaranıb. Onlar bu məsələdə özlərini düz çıxarmağa çalışıblar. Səhv və ya düzün kim olması aydınlaşanacan O.Məhəmmədli bıçaqlanıb. Faktla bağlı Cinayət Məcəlləsinin qəsdən sağlamlığıa ağır xəsarət yetirmə (126.1-ci) maddəsi ilə cinayət işi başlanıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA