Hərbi mazın qəzaya uğrayıb: 8 nəfər xəsarət alıb

img

18-09-2012 [02:11]


Paytaxtda hərbçiləri daşıyan maşın qəzaya uğrayıb. Hadisə dünən əsgər və zabitlərin olduğu ?UAZ? markalı avtomaşın Müdafiə Nazirliyinə məxsus təlim tədris mərkəzinə növbə dəyişməyə gedən vaxt Şəfaət Mehdiyev və Akim Abbasov küçələrinin kəsişməsində baş verib. Belə ki hərbçilərin olduğu avtomaşın həmin küçə ilə hərəkətdə olan ?Mercedes? markalı minik maşını ilə toqquşub. Toqquşmadan sonra yoldan çıxan ?Mersedes? markalı avtomaşın həmin vaxt yolun kənarında dayanan "Jiquli"yə də dəyib. Zərbədən hərbçilərin olduğu avtomobil də aşıb və onun içərisində olan 8 nəfər xəsarət alıb. Yaralılar hərbi hospitala yerləşdirilib. Hadisənin dəqiq olaraq hansı şəraitdə baş verməsini polis araşdırmaları və müşahidə kameralarından əldə olunmuş görüntülər göstərəcək. Müdafiə Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA