Kilsə Rövnəq Abdullayevin zavoduna qarzı iddia qaldırıb

img

19-09-2012 [10:36]


Sabah Bakı Apellyasiya Məhkəməsində Rövnəq Abdullayevin rəhbərlik etdiyi ARDNŞ-in tabeliyində olan ?Azərneftyağ? Neft Emalı Zavoduna qarşı ?Mədh Kilsəsi?nin verdiyi şikayət üzrə məhkəmə prosesi keçiriləcək. Mia.az-a verilən məlumata görə, sözügedən məhkəmədə hakim Cahangir Yusifovun sədrliyi ilə keçiriləcək prosesdə dini təriqətin zavod rəhbərliyi tərəfindən qəsb edilən əmlakları ilə bağlı iddiaları araşdırılacaq: ??Mədh Kilsəsi? dini icması ?Azərneftyağ? Neft Emalı Zavodu tərəfindən onların əmlaklarının qəsb edildiyini iddia edir. Onlar məhkəmədən əmlaklarının bazar dəyərinin ödənilməsi və kompensasiyanın təmin edilməsini tələb edirlər?. Məlumat üçün onu da qeyd edək ki, kilsənin 2 saylı Bakı-İnzibati İqtisadi Məhkəmədə qaldırdığı iddia təmin olunmayıb. Ona görə də qərardan apellyasiya şikayəti verilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA