Binə Ticarət Mərkəzində zəhərlənmə ilə bağlı rəsmi açıqlama

img

17-09-2012 [05:27]


Baş prokurorluq Binə Ticarət Mərkəzində dünən baş verən kütləvi zəhərlənmə ilə bağlı rəsmi məlumat açıqlayıb. Qurumun mətbuat xidmətindən verilən məlumata görə, dərhal hadisə yerinə Prokurorluq, Daxili İşlər, Səhiyyə və digər qurumların əməkdaşları gəlmiş, zəruri və təxirəsalınmaz tədbirlər həyata keçirilib. İlkin araşdırmalarla müəyyən edilb ki, həmin tarixdə səhər saatlarında ticarət mərkəzində elektrik enerjisinin dayandırılması səbəbindən bəzi mağaza sahibləri tərəfindən obyektlərin enerji təmini məqsədilə istifadələrində olan generator qurğuları işə salınıbdır. Həmin qurğulardan yaranan dəm qazının təsirindən satıcı və alıcılardan ibarət 146 nəfər səhhətlərinin pisləşməsi ilə əlaqədar dərhal Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdiriliblər. Xəstəxanada onlara ilkin tibbi yardım göstərilərək evlərinə buraxılıblar. Hadisə nəticəsində ölüm faktı qeydə alınmayıb. Fakta görə Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanıb, iş üzrə müvafiq ekspertizalar, o cümlədən hadisənin baş vermə səbəblərinin müəyyənləşdirilməsi üçün məhkəmə-tibbi və məhkəmə-təhlükəsizlik texnikası ekspertizaları təyin edilibdir. Hazırda cinayət işi üzrə Bakı şəhər prokurorluğunun İstintaq idarəsində istintaq davam etdirilir.#601;r qurumlar

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA