Baz Prokurorluq Zərdab polisində ölüm ilə bağlı məlumat yayıb

img

25-08-2012 [03:39]


Respublika Baş Prokurorluğu Zərdab Rayon Polis Şöbəsində baş vermiş ölüm hadisəsi ilə bağlı məlumat yayıb. Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumatda bidlirilir ki, bəzi kütləvi informasiya vasitələrində Zərdab rayon Polis Şöbəsinin müvəqqəti saxlanma təcridxanasında saxlanılan Arzu Yusif oğlu Hüseynovun döyülmə nəticəsində avqustun 21-də ölməsi barədə həqiqətə uyğun olmayan məlumatlar dərc edilib: ?Həmin informasiyalar reallığı əks etdirmədiyindən Baş Prokurorluq tərəfindən təkzib olunur. Bununla əlaqədar bildirilir ki, Kürdəmir rayon Polis Şöbəsinin İstintaq bölməsində Cinayət Məcəlləsinin 180.2.4-cü (soyğunçuluq) maddəsi ilə istintaq edilən cinayət işi üzrə əvvəllər məhkum olunmuş Kürdəmir şəhər sakini A.Hüseynov təqsirləndirilən şəxs qismində cəlb edilməklə məhkəmənin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilərək Zərdab rayon Polis Şöbəsinin müvəqqəti saxlanma təcridxanasına etap edilib. A.Hüseynov avqustun 21-də saat 21:30 radələrində səhhətinin pisləşməsi ilə əlaqədar şöbənin əməkdaşlarından ağrıkəsici dərman preparatları istəyib və bir neçə dəqiqədən sonra ölüb. A. Hüseynovun ölməsi barədə daxil olmuş məlumat əsasında rayon prokuroru, prokurorluğun əməkdaşları məhkəmə tibbi ekspertin iştirakı ilə hadisə yeri və meyitə baxış keçirib, meyitin xarici müayinəsi zamanı qolunda inyeksiya izləri aşkar edilib. Ölümün səbəblərinin müəyyənləşdirilməsi üçün məhkəmə-tibb ekspertizası təyin olunub. Meyit avqustun 22-də Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və Patoloji Anatomiya Birliyinin Ucar rayon şöbəsində mərhumun valideynləri və qohumlarının iştirakı ilə yarılaraq daxili müayinəsi aparılıb və bu zaman hər hansı bir şikayət daxil olmayıb. Birliyin Ucar rayon şöbəsinin ilkin arayışına görə, A. Hüseynovun ölümunə səbəb kəskin ürək-damar çatışmazlığı olub. Hazırda A.Hüseynovun ölməsi faktı üzrə Zərdab rayon prokurorluğunda araşdırmalar davam etdirilir?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA