Bakıda uzaq xəstəxanası yanır (Yenilənib)

img

01-10-2012 [12:14]


Bakının Nəsimi rayonu ərazisindəki A.F.Qarayev adına 2 saylı uşaq kliniki xəstəxanasında yanğın başlayıb. Hazırda yanğın davam edir. Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətindən milli.az-a verilən məlumata görə, bu gün saat 11:30 radələrində xəstəxananın Səməd Vurğun küçəsi, məhəllə 956-da yerləşən binasında yanğın meydana gəlib. Hadisə yerinə yanğınsöndürən maşınlar cəlb olunub. *** Universitetin rektor köməkçisi Aydın Vəliyev Modern.az saytına bildirib ki, yanğın zamanı xəsarət alan olmayıb: ?Universitetin binasına heçbir ziyan dəyməyib. Sadəcə, tikinti davam etdiyindən, yalnız tikintidə istifadə olunan taxtalar yanıb. Yanğının hansı səbəbə baş verməsi barəsində heç nə deyə bilmərəm, onu yanğınsöndürənlər bilər. Bununla bağlı araşdırma aparılacaq?. Əldə etdiyimiz son məlumata görə, yanğın zamanı bir nəfər xəsarət alıb. Həmin şəxsin vəziyyəti ilə bağlı hər hansl məlumat verilməyib. *** Tibb Universitetinin yeni tikilən binasında yanğının səbəbi bəlli olub. İlkin məlumatlara görə, yanğına səbəb binada aparılan qaynaq işləridir. Binada işləyən iş icraatçısı Ercan Canpolat Modern.az-a məlumat verib. Onun sözlərinə görə, yanğın binada qaynaq işləri aparılan zaman baş verib. Qeyd edək ki, yanğın zamanı bir nəfər xəsarət alıb. Həmin şəxsin vəziyyəti ilə bağlı hər hansı məlumat verilməyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA