Kliniki Tibbi Mərkəzdə intihar

img

23-08-2012 [10:37]


Bakının Nəsimi rayonunda intihar hadisəsi baş verib. Nəsimi rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Kliniki Tibbi Mərkəzdə qeydə alınıb. Xəstəxanada müalicə alan, Quba rayon sakini, 1976-cı il təvəllüdlü Rafiq Tofiq oğlu Əbdürrəhmanov xəstəxananın 4-cü korpusunun 5-ci mərtəbəsindən özünü atıb. O, aldığı xəsarətdən hadisə yerindəcə keçinib. İntiharlın səbəbləri hələlik məlum deyil. Polisdən həmçinin bildirilib ki, R.Əbdürrəhmanov bir neçə gün əvvəl mədə-bağırsaq qanaxması ilə həmin xəstəxanaya daxil olub. Faktla bağlı Nəsimi rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir. Anspress.com

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA