Yazayız binasında partlayız: bir ailədən 3 ölü

img

17-08-2012 [10:56]


Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, bu gün səhər saatlarında Bakı şəhəri, Suraxanı rayonunda məcburi köçkün ailəsinin məskunlaşdığı ümumi sahəsi 30 kv.m olan tikilidə yanğınla nəticələnən partlayış baş verib. Dərhal FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıbdır. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, üst örtüyü panel plitələrdən ibarət tikili uçub, 5 nəfər ev sakini uçqun altında qalıb, ev əşyaları 5 kv.m sahədə, həyətdə olan ?Mercedes? markalı minik avtomobilinin salonunun qabaq hissəsi yanıb. Yanğın saat 05:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə müxtəlif xəsarətlər almış ev sahibinin həyat yoldaşı - 1965-ci il təvəllüdlü Sahilə Teymur qızı Rəhimovanı və oğlu - 1991-ci il təvəllüdlü Ramin Nuşirəvan oğlu Əsgərovu uçqun altından çıxarıb və hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimlərinə təhvil veribdir. Hadisə nəticəsində ölmüş ev sahibi - 1961-ci il təvəllüdlü Nuşirəvan Əsgərov, övladları - 1985-ci il təvəllüdlü Natiq Nuşirəvan oğlu Əsgərovun və 1987-ci il təvəllüdlü Rafiq Nuşirəvan oğlu Əsgərovun cəsədləri də uçqun altından çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA