?Akkord? zirkətinin mühafizəçisi bıçaqlanıb

img

24-07-2012 [01:00]


?Akkord? şirkətinin Şəmkir rayonunun Şiştəpə kəndində yerləşən müəssisəsində çalışan mühafizəçi dünən gecə saat 01.00 radələrində naməlum şəxs və ya şəxslər tərəfindən bıçaqlanıb. Bu barədə mia.az-a Şəmkirdən məlumat daxil olub. Məlumatda bildirilir ki, bıçaqlanan mühafizəçinin adı Cəfər Əhmədəliyevdir: ?O, qolundan yaralanıb?. Faktla bağlı Şəmkir Rayon Polis və Prokurorluq orqanları əməliyyat-axtarış tədbirlərini davam etdirsələr də, hələki hadisəni törədənlər tutulmayıb. Rayonda isə bu hadisəni Şəmkirdə baş verən son olaylarla əlaqələndirənlər də var. İddialara görə, bu hadisəni də son həftələr evlərə soxulan naməlum saqqalı şəxslər törədib. Onların vəhabilər olduğunu iddia edənlər də var. Sakinlərin sözlərinə görə, son bir neçə gecədə tanınmayan şəxslər rayonunun Şiştəpə, Morul, Sərxanlı kəndlərində evlərə hücum edirlər. Hücum nəticəsində xəsarət alanlar da var. Məlumatlara görə, evlərə soxulanlar qrup halında hərəkət edirlər və onların əsas hədəfi qadınlar olur. Maraqlıır ki, onlar yalnız qadınlara xəsarət törətməklə kifayətlənirlər. Bu dəfə isə hədəfə kişi olub. Məlumat gec daxil olduğundan rəsmilərdən münasibət öyrənmək mümkün olmayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA