?Bakcell? ?Azərcell?ə yenə uduzdu

img

30-07-2012 [12:39]


Ölkənin iki ən böyük mobil operatoru ?Bakcell LTD? MMC ilə ?Azərcell Telekom? MMC arasında şəbəkələrarası bağlanmış müqavilədən irəli gələn anlaşılmazlıqlar məhkəmə müstəvisinə çıxarılsa da, birinci operator ikinciyə qalib gələ bilmir. Bu barədə mia.az-a Bakı Apellyasiya Məhkəməsindən məlumat daxil olub. Məlumatda bildirilir ki, ?Bakcell LTD? MMC ilə ?Azərcell Telekom? arasındakı mübahisəyə ilk olaraq 1 saylı Bakı İnzibati-iqtisadi məhkəmədə baxılıb: ?Lakin həmin məhkəmənin çıxardığı qətnamə ?Bakcell LTD?ni təmin etməyib. Ona görə də qətnamədən apellyasiya şikayəti verilib. Ötən gün Bakı Apellyasiya Məhkəməsində hakim Valeh Ağayevin sədrliyi ilə ?Bakcell LTD? nin şikayətinə baxılıb. Amma hakim ?Bakcell LTD?nin ?Azərcell Telekom? MMC-yə qarşı ?müqaviləyə əlavənin bağlanmış hesab olunması, qarşılıqlı hesablaşma aktlarının etibarsız sayılması və vurulmuş zərərin tələb edilməsi?ndən bəhs edən şikayətini əsassız sayıb. Yəni birinci məhkəmə instansiyasının Qətnaməsini quvvədə saxlayıb?. Məsələyə ?Bakcell LTD? və ?Azərcell Telekom?dan münasibət öyrənmək mümkün olmayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA