Bakıda 3 nəfəri ilan sancıb

img

02-08-2012 [11:13]


Ötən gün Bakıda 3 nəfəri ilan sancıb. Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından verilən məlumata görə, onlardan 2 nəfər xəstəxanaya yerləşdirilib. Belə ki, Binəqədi rayonu Mehdiabad kəndində 22 yaşlı Şövkət Həsənovanı, Səbail rayonunda 23 yaşlı Ülviyyə Şükürovanı və Pirallahı qəsəbəsində 26 yaşlı Sadiq Bayramovu ilan sancıb. Qeyd edək ki, Bakıda bu il yay mövsümü başlayandan avqusta qədər 30-dan artıq ilan sancması faktı qeydə alınıb. Onlardan 6 nəfəri uşaq olub.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA