Heydər Əliyev mərkəzindəki yanğın söndürüldü

img

20-07-2012 [12:45]


Azərbaycan paytaxtında Heydər Əliyev Mərkəzində yanğın başlayıb. Fövqəladə Hallar Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətindən verilən məlumata görə, hadisə yerinə 4-cü çağırışla 10-a yaxın yanğınsöndürən maşın göndərilib. Hazırda yanğının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir. Hadisənin səbəbləri məlum deyil. Yanğınsöndürən maşınlardan əlavə hadisə yerinə 4 helikopter cəlb olunub. Yanğın nəticəsində qatı tüstü buludu yaranıb. Tüstü qatı getdikcə sıxlaşır. Heydər Əliyev Mərkəzi ətrafındakı yollarda hərəkət məhdudlaşdırılıb. Külək yanğının tam söndürülməsinə imkan verməsə də, onun qarşısı demək olar ki, alınıb. Hazırda yanğınsöndürənlər xırda alovları da söndürməyə çalışırlar. FHN-in helikopterləri hələ də əraziyə nəzarət edirlər. #305;rda yan

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA