Baz həkimlər məhkəməyə verilib

img

15-07-2012 [06:06]


[b]Səhiyyə Nazirliyinə Oqtay Şirəliyevin rəhbərlik etməsindən sonra xəstəxanalarda narazılıq pik həddə çatıb. İldən-ilə dövlət büdcəsindən səhiyyə müəssisələrinə böyük məbləğdə vəsait ayrılmasına baxmayaraq, xəstəxanaların maddi-texniki təchizatı və dərman preparatları ilə təmin edilməsi, həmçinin, həkimlərin xəstəyə potensial rüşvət mənbəyi kimi baxması halları kütləviləşir. Belə hallardan biri ilə el arasında ?Sabunçu xəstəxanası? kimi tanınan 3 saylı Klinik Xəstəxanada böyrəyindən müalicə olunmuş Əbülfəz Vəli oğlu Səfərov üzləşib. Ancaq o, səhiyyənin ?öndə gedən? rəhbər şəxslərinin haqsızlığı ilə barışmaq niyyətində deyil. Əksinə, onlara qarşı hüquqi müstəvidə dava açıb.[/b] Mia.az-ın əldə etdiyi məlumata görə, hazırda Bakı Apellyasiya Məhkəməsində hakim Tofiq Səmədovun sədrliyi ilə Əbülfəz Səfərovun Səhiyyə Nazirliyinin 3 saylı klinik xəstəxanasının baş həkimi Xəlil Məmmədov, qəbul şöbəsinin müdiri Əkbər Murtuzayev, uroloq həkimi Müslim Sadıqov, Akademik M.C.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasının şöbə müdiri Tahir Məmmədov, ultra səs həkimi Tələt Hacıyev, qəbul şöbəsinin həkimi Cəbrayıl Zeynalov və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Respublika Əlillərin Bərpa Mərkəzinin baş həkimi Səadət Mahmudovaya qarşı mülki qaydada qaldırdığı iddia ərizəsi araşdırılır: ?Xəstə Əbülfəz Səfərov hesab edir ki, adıçəkilən baş həkim və həkimlər lazımi müalicə işlərini aparmadıqlarından, o, əlil olub. İndisə müvafiq sənədləşdirilmələr həyata keçirilmədiyi üçün o, dövlətin imkanlarından sağlamlığı məqsədi ilə yararlana bilmir. Ona görə də maddi və mənəvi zərərlə üzləşdiyini bildirən şikayətçi yuxarıda adları çəkilənlərin hər birinə qarşı ümumilikdə iddia qaldırıb. İşə ilk olaraq Sabunçu Rayon Məhkəməsində baxılıb və məhkəmə həkimləri haqlı sayıb. Xəstə Əbülfəz Səfərov da bu qətnamədən apellyasiya şikayəti verib. Hazırda hakim Tofiq Səmədovun sədrliyi ilə onun şikayəti araşdırılır?. Məlumata görə, Bakı Apellyasiya Məhkəməsində iş üzrə iyulun 5-ə təyin olunmuş proses iyulun 26-a təxirə salınıb. Bu və ya digər məqamlarla bağlı qarşı tərəflərin mövqeyini öyrənə bilmədiyimizdən, yazıda bəzi məqamlara toxunmadıq. Tərəfləri də dinləməyə hazırıq.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA